Çempionlar Liqası: “Araz-Naxçıvan” heyətlə bağlı yekun siyahını UEFA-ya göndərib
Bakı, 15 avqust, AZƏRTAC
UEFA Çempionlar Liqasının ilkin mərhələsində çıxış edəcək “Araz-Naxçıvan” heyətlə bağlı yekun siyahını UEFA-ya göndərib.
AZƏRTAC Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 15 nəfərlik siyahıda 3 qapıçı yer alıb.
Qapıçılar: Emin Kürdov, Kamran Hacıyev, Vladislav Reznov
Oyunçular: Xəzər Ağalızadə, Amadeu, Kənan Manafov, Marko Prşiç, Ülvi Əliyev, Emil Həsənzadə, Lazar Milosavljeviç, Qayiçe, Yaniç Aleksandar, Giovanni Valerio, Caique Aledes De Oliveyra, İaqo Henrique
Qeyd edək ki, Kamran Hacıyev, Kənan Manafov və İaqo Henrique “Baku Fire” klubundan icarəyə götürülüblər. Onlar Çempionlar Liqası matçlarında “Araz-Naxçıvan”a kömək edəcəklər.
Təmsilçimiz avqustun 21-də “Sparta Belfats” (Şimali İrlandiya), ertəsi gün Estoniya çempionu “Sillamae Silla”, avqustun 24-də isə İsveçin “Uddevalla” komandası ilə qarşılaşacaq. Yalnız qrup liderləri əsas mərhələyə vəsiqə qazanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]
Azərbaycan Kubokunda yeni mövsümə start verilir
- 07.10.2026 [10:13]
Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır
- 07.10.2026 [09:49]