Çempionlar Liqası: “Real Madrid” “Arsenal”a, “Bavariya” “İnter”ə qarşı
Bakı, 16 aprel, AZƏRTAC
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, bununla da yarımfinal mərhələsinin bütün iştirakçıları bəlli olacaq.
“İnter” Almaniyada 2:1 hesabı ilə qalib gəldiyi “Bavariya”nı bu dəfə İtaliyada qəbul edəcək. Bu cütün qalibi finala gedən yolda İspaniya “Barselona”sının rəqibi olacaq.
Digər matçda isə İngiltərə “Arsenal”ı İspaniyada “Real Madrid”in qonağı olacaq. London klubu evdəki ilk görüşdə rəqibini 3 cavabsız qolla məğlub edib. Bu duelin güclüsü yarımfinalda Fransanın PSJ komandası ilə qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]