Çempionlar Liqası: “Sabah”ın ev oyunları üçün VİP paket biletlər satışa çıxarılıb
Bakı, 25 sentyabr, AZƏRTAC
“Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirəcəyi 4 ev oyunu üçün VİP paket biletlər satışa çıxarılıb.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, bilet sahibləri “Slaviya Praqa” (Çexiya), “Borussiya Dortmund” (Almaniya), “Barselona” (İspaniya) və “Napoli” (İtaliya) ilə qarşılaşmaları Bakı Olimpiya Stadionunun VİP sektorundan izləyə biləcəklər.
VİP sektorda qidalanma xidməti təqdim olunacaq, həmçinin qonaqlar üçün əyləncə proqramının təşkili və DJ ifasında musiqi səsləndirilməsi də nəzərdə tutulur. Bildirilib ki, bu imkanlar azarkeşlərə Çempionlar Liqası oyunlarının ab-havasını xüsusi şəraitdə yaşamaq imkanı verəcək.
VİP paket biletin qiyməti 1500 manatdır və 4 qarşılaşmanın hamısına şamil edilir.
Qeyd edək ki, VİP sektorda əyləncəli tədbirlər ancaq “Slaviya Praqa”, “Borussiya Dortmund” və “Barselona” ilə oyunları əhatə edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]
Azərbaycanın akrobatika gimnastları dünya çempionu olublar – YENİLƏNİB
- 26.09.2026 [20:21]
Münxen Almaniyanın Olimpiya Oyunlarına namizəd şəhəri seçilib
- 26.09.2026 [18:57]