Çexiya Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir
AZƏRTAC xəbər verir ki, notada Xarici İşlər Nazirliyi Çexiyanın Azərbaycanın ərazi bütövlüyünü tam dəstəklədiyini təsdiq edir və Dağlıq Qarabağda xarici qurumların biznes fəaliyyətinə qadağa qoyulmasına dair rəsmi Bakının mövqeyini bölüşdüyünü bildirir.
Çexiyanın Xarici İşlər Nazirliyi “GENOSERVİCE Corp.,Ltd.” şirkətinin Dağlıq Qarabağdakı fəaliyyəti ilə əlaqəli olmadığını bəyan edir və Azərbaycan tərəfini əmin edir ki, bu şirkətin layihələrinin Çexiyanın dövlət təsisatları olan İxrac Bankı, İxrac Zəmanəti və Sığorta Korporasiyası vasitəsilə maliyyələşdirilməsinin və sığortalanmasının qarşısı alınacaq.