Çexiya Macarıstandan koronavirusun müalicəsində istifadə olunacaq preparat alacaq
Praqa, 4 fevral, AZƏRTAC
Çexiyanın Baş naziri Andrey Babiş sabah Macarıstana edəcəyi səfərin gedişində bu ölkədə istehsal olunan “Bamlanivimab” preparatının mümkün tədarükü məsələsini macarıstanlı həmkarı ilə müzakirə edəcək.
AZƏRTAC xəbər verir ki, Çexiya hökumətinin başçısını bu səfərdə bir qrup farmakoloq və biokimyaçı alimlər müşayiət edəcək.
Adıçəkilən preparat Macarıstanda artıq yanvarın 29-dan istifadə olunur. Bu, vaksin deyil, məhz koronavirusa yoluxanların müalicəsi üçün istifadə olunan dərmandır. AFR, ABŞ və Kanada da özlərinin istehsal etdikləri analoji dərmanların kliniki sınaqlarına başlayıblar. Preparat xəstəliyin daha ağır formada keçməsinin qarşısının alınmasına kömək edir.
Çexiya dərmanın ilk partiyasının alınması barədə artıq razılaşma əldə edib. Babiş bu barədə bəyan etsə də, dərmanın ilk partiyasının hansı tarixdə onun ölkəsinə daxil olacağını dəqiqləşdirməyib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
Hörmüz boğazında gəmi vurulub
- [14:13]
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]