Çexiya Müdafiə Nazirliyi 2035-ci ilədək 12 ədəd “Gripen” qırıcısını icarəyə götürəcək
Praqa, 2 sentyabr, AZƏRTAC
Çexiya Müdafiə Nazirliyi İsveçlə “JAS-39 Gripen” qırıcı təyyarələrinin icarə müddətinin uzadılmasına dair yeni müqavilə imzalayıb.
AZƏRTAC xəbər verir ki, imzalanmış müqaviləyə əsasən, ölkə 2035-ci ilə qədər 12 təyyarədən istifadə edəcəkdir.
Sövdələşmənin dəyəri 16,7 milyard kron (təxminən 683 milyon avro) təşkil edir ki, buraya icarə, texniki xidmət və pilot hazırlığı daxildir. Bu barədə Çexiya Müdafiə Nazirliyinin saytında bildirilir.
Çexiya yaxın illərdə təyyarələrin modernləşdirilməsinə əlavə 4 milyard kron (163,7 milyon avro) sərmayə qoymağı planlaşdırır.
Hazırda ölkənin Hərbi Hava Qüvvələrində İsveçdən icarəyə götürülmüş 14 ədəd “Gripen” var. Onların hazırkı müqavilə müddəti 2027-ci ildə başa çatır.
İmzalanan saziş qırıcıların 2035-ci ilə qədər təhvil verilməsi gözlənilən 24 ədəd Amerika F-35-ləri ilə əvəzlənənə qədər fasiləsiz işləməsini təmin edəcək.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]