ÇEXİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB VATSLAV KLAUSA
Hörmətli cənab Prezident,
Çexiya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə Çexiya arasındakı dostluq münasibətlərinin, siyasi, iqtisadi əlaqələrimizin və əməkdaşlığımızın hərtərəfli inkişafı yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dost Çexiya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 20 fevral 2008-ci il.