Çexiyada beş yaşdan yuxarı uşaqların peyvəndlənməsinə başlayırlar
Praqa, 30 noyabr, AZƏRTAC
Beş yaşdan yuxarı uşaqların peyvəndlənməsindən sonra Çexiyanın koronavirus əleyhinə vaksinlənən əhalisinin payı 90,9 faizə çata bilər.
AZƏRTAC Çexiyanın Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, belə nəticəyə artıq cari ilin dekabr ayının sonlarında nail olmaq mümkündür. Nazirlik koronavirus əleyhinə immunlaşdırma proqramının yeni seqmentini dekabrın 8-dən işə salmaq niyyətindədir. Bundan ötrü tezliklə 5-11 yaşlı uşaqların qeydiyyatına başlanılacaq. Bildirilir ki, uşaqların peyvəndlənməsi üçün “Pfizer/BioNTech” şirkətinin istehsal etdiyi vaksindən istifadə olunacaq. Bu yaxınlarda Avropa dərman vasitələri agentliyi vaksinin 5 yaşdan yuxarı uşaqlar üçün tətbiqinə icazə verib. Hazırda bu proqram üçün xüsusi olaraq ayrılmış 300 min doza vaksin Çexiyanın sərəncamındadır.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [12:58]
Avropa İttifaqında qeyri-qanuni miqrantlarla bağlı yeni qaydalar təsdiqlənib
- 18.06.2026 [12:51]
Ceff Bezos: Süni intellekt kadr çatışmazlığına səbəb olacaq
- 18.06.2026 [12:49]
Litva hökuməti iyunun 23-də istefa verəcək
- 18.06.2026 [12:30]
Fransa və Almaniyanın birgə müdafiə qrupu yeni tanklar təqdim edib
- 18.06.2026 [12:07]
Mark Rütte: NATO ABŞ-nin alyansda iştirakını azaldacağını nəzərə almalıdır
- 18.06.2026 [12:04]
Almaniyanın iki hərbi gəmisi Qırmızı dənizə daxil olub
- 18.06.2026 [12:02]