ÇEXİYANIN LİDİÇE ŞƏHƏRİNİN KÜÇƏLƏRİNİN BİRİNƏ XOCALI ADI VERİLƏCƏKDİR
Bakı, 9 fevral (AZƏRTAC). Çexiyanın Lidiçe şəhərinin küçələrindən birinə Xocalı adı veriləcəkdir. Lidiçe şəhər rəhbərliyinin qəbul etdiyi qərarda deyilir ki, şəhərin küçələrindən birinə bu ad verildikdən sonra Xocalı ilə Lidiçe qardaşlaşmış şəhərlər olacaqlar.
Bu barədə şəhərin icra başçısı Yosef Klima Azər-Çex Cəmiyyətinə məlumat vermişdir.
Cəmiyyətin rəhbəri Elşən Nəzərov bildirmişdir ki, bu təşəbbüsü onlar 2007-ci ildə irəli sürmüşdülər.
Lidiçe qəsəbəsi 1942-ci ildə alman faşistləri tərəfindən yerlə-yeksan edilmiş, əhalisi terrora məruz qalmışdır. Şəhər rəhbərliyi və əhalisi Xocalı faciəsinin dəhşətlərini yaxşı başa düşürlər.
Bundan əvvəl Xocalı soyqırımı ilə əlaqədar Lidiçe Muzeyində və Xatirə Kompleksində silsilə tədbirlər və fotosərgi təşkil olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]