Çili qəzeti Dağlıq Qarabağ həqiqətlərindən yazır
Madrid, 7 aprel, AZƏRTAC
Çilinin “La Tercera” qəzetində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranmış son gərginlik barədə məqalə dərc olunub. Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən ətraflı bəhs edilir.
Dağlıq Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış tarixi ərazisi olduğu faktlarla diqqətə çatdırılır. Bildirilir ki, Ermənistan tərəfindən aparılan hərbi təcavüz nəticəsində Dağlıq Qarabağ və yeddi ətraf rayon da daxil olmaqla, Azərbaycan ərazisinin 20 faizi işğal edilib, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, mülki əhaliyə qarşı qətliamlar, o cümlədən Xocalı soyqırımı törədilib.
Məqalənin sonunda BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsi, eləcə də digər beynəlxalq təşkilatların münaqişə ilə əlaqədar qəbul etdiyi sənədlərdən bəhs olunur.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:01]
Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir
- 06.10.2026 [11:40]
Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]