ÇİMƏRLİK VOLEYBOLU ÜZRƏ RESPUBLİKA BİRİNCİLİYİ BAŞLANMIŞDIR
Bakı, 10 iyul (AZƏRTAC). İyulun 10-da çimərlik voleybolu üzrə 19-23 yaşlı oğlan və qızlar arasında ölkə birinciliyi start götürmüşdür. Novxanı “Aqua-Park” çimərliyində keçirilən yarışda 8 oğlan və 8 qız komandaları olimpiya sistemi üzrə mübarizə aparır.
Oğlanlardan ibarət komandalardan - “Azərneft-1”, “Bakı-1”, “Xətai”, “Sumqayıt-2”, “Sumqayıt-1”, “Azərneft-3”, “Bakı-2”, “Azərneft-2”, qızların komandalarından isə “Sumqayıt”, “Bakı-4” (Lokomotiv), “Bakı-2”, “Bakı-3”, “Neftçi”, “Xətai” (Bakı), “Bakı-1” və “Xətai-1” iştirak edirlər.
Birinciliyə respublika dərəcəli hakim Rəmzi Yusupov rəhbərlik edir.
Qaliblərə Gənclər və İdman Nazirliyinin 1-ci dərəcəli diplomları və qiymətli hədiyyələri, 2-ci və 3-cü yerləri tutmuş komandalar isə müvafiq dərəcəli diplomlar ilə təltif olunacaqlar.
Ölkə birinciliyinə iyulun 11-də yekun vurulacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]