Çin ABŞ-KXDR liderlərinin Sinqapur görüşünü alqışlayır
Pekin, 12 iyun, AZƏRTAC
Çin ABŞ Prezidenti Donald Tramp və Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In arasında Sinqapurda keçirilən görüşü alqışlayır.
AZƏRTAC xəbər verir ki, bu fikri Çinin xarici işlər naziri Van İ bəyan edib. O, Sinqapur sammitini tarix yaradan görüş kimi şərh edərək, iki liderin bərabər səviyyədə dialoq aparmasının yeni tarixi məqam olduğunu bildirib.
“Çin bu dialoqu alqışlayır və dəstəkləyir. Bu, Çinin can atdığı və üzərində çalışdığı hədəfdir”, - deyən Çin xarici siyasət idarəsinin rəhbəri əlavə edib ki, rəsmi Pekin Sinqapur görüşünün Koreya yarımadasının nüvə silahsızlaşdırılmasına və yarımadada sülh mexanizminin yaradılmasına doğru əsas addım olacağına ümid edir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [17:02]
Fransa və Estoniya arasında müdafiə sahəsində əməkdaşlıq genişləndirilir
- 18.06.2026 [16:36]
Alimlər ən effektiv arıqlama dərmanını müəyyənləşdiriblər - tədqiqat
- 18.06.2026 [16:00]
Niderland Fransadan F21 torpedasını alacaq
- 18.06.2026 [15:58]
Çinli alimlər lələkli dinozavr növü tapıblar
- 18.06.2026 [15:39]
Aİ okeanların qorunmasına 338 milyon avrodan çox vəsait ayırıb
- 18.06.2026 [15:31]
İyunun 18-i Davamlı Qastronomiya Günüdür
- 18.06.2026 [15:14]