Çin Qan: Çin Ukrayna münaqişəsinin tərəflərinə silah verməyib
Pekin, 7 mart, AZƏRTAC
Çin Ukrayna münaqişəsinin tərəflərindən heç birinə silah verməyib.
AZƏRTAC xəbər verir ki, bunu Çinin xarici işlər naziri Çin Qan Pekində davam edən 14-cü çağırış Çin Xalq Nümayəndələri Yığıncağının illik sessiyası çərçivəsində martın 7-də keçirdiyi mətbuat konfransında deyib. Çin XİN rəhbəri ölkəsinin nə böhranın yaradıcısı, nə də böhranda birbaşa maraqlı tərəf olduğunu söyləyib.
Ukrayna böhranının qarşısı alına bilinəcək bir faciə olduğunu vurğulayan Çin Qan, bu böhranın əslində Avropanın təhlükəsizliyinin idarə edilməsindəki problemlərdən qaynaqlandığını bildirib.
“Rusiya-Ukrayna müharibəsi” ifadəsini istifadə etməyən çinli nazir deyib: - Çin Ukrayna böhranında sülhü müharibədən, dialoqu sanksiyalardan və gərginliyin azalmasını onu artırmaqdan üstün tutur. Çin hər zaman məsələnin mahiyyətinə əsaslanaraq, müstəqil nəticə çıxarır.
Nazir Çin və Rusiyanın strateji qarşılıqlı etimada və mehriban qonşuluq xüsusiyyətlərinə sahib, yeni bir beynəlxalq münasibətlər növü üçün yaxşı bir nümunə təşkil edən əlaqələr yolunu tutduğunu bildirib. “Pekin və Moskvanın birgə işi sayəsində dünya çoxqütblülüyə və beynəlxalq münasibətlərdə daha böyük demokratiyaya doğru hərəkətverici qüvvə alacaq, qlobal strateji tarazlıq və sabitlik daha yaxşı təmin olunacaq”, - deyə Çin XİN rəhbəri əlavə edib ki, Çin-Rusiya münasibətləri heç bir ölkə üçün təhdid olmadığı kimi, başqa bir ölkənin də müdaxilə edəcəyi bir mövzu deyil.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:07]
Media: Hicaz dəmir yolu Hörmüz boğazına alternativ olacaq
- 11.06.2026 [11:01]
BMT: Son on ildə ilk dəfə məcburi köçkünlüyün miqyası azalıb
- 11.06.2026 [11:00]
Krasnodar hava limanında 34 reys təxirə salınıb
- 11.06.2026 [10:56]
SEPAH Yaxın Şərqdəki bəzi hədəflərə zərbə endirdiyini açıqlayıb
- 11.06.2026 [10:53]
SEPAH Hörmüz boğazından keçən iki gəmini vurub
- 11.06.2026 [10:36]
Uqandada Ebola təhlükəsi azalır: yeni yoluxma qeydə alınmayıb
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]