Çin robotu 100 metr məsafədə yeni dünya rekordu qırıb
Bakı, 15 avqust, AZƏRTAC
Çinin şərqindəki Çjetzyang Universitetinin mühəndisləri bildiriblər ki, onların “Ağ kərgədan” adlı dördayaqlı robotu 100 metr məsafəyə qaçışda yeni rekord qırıb. AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, robot bu məsafəni 16,33 saniyəyə qət edib. Bundan əvvəl Cənubi Koreya robotu “Hound” 100 metr məsafəni 19,87 saniyəyə qət etmişdi.
İnsanlar arasında 100 metr məsafəyə qaçışda hazırkı dünya rekordu 9,58 saniyədir və o, 2009-cu ildə Berlində Useyn Bolt tərəfindən əldə edilib.
Rekord Çjetzyan əyalətinin paytaxtı Xançjouda sınaq meydançasında qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]
Qırğızıstan BMT-nin Kağızsız Ticarət Şurasına yenidən sədr seçilib
- 09.06.2026 [14:51]
İndoneziyada Levotobi vulkanı yenidən püskürüb: hava limanı bağlanıb
- 09.06.2026 [14:47]
Kreml Ermənistan seçkilərinin rəsmi nəticələrini gözləyir
- 09.06.2026 [14:44]
Filippində dağıntılar altında sağ qalanların axtarışı davam edir
- 09.06.2026 [14:40]