Çin, Rusiya və İran birgə hərbi dəniz təlimi keçirəcək
Pekin, 9 mart, AZƏRTAC
Çin, Rusiya və İran martın ortasında birgə hərbi təlim keçirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Müdafiə Nazirliyi məlumat yayıb. “Təhlükəsizlik kəməri-2025” adlı təlim İranın Çabahar limanı yaxınlığında baş tutacaq. Təlim planına dəniz hədəflərinə zərbələr endirmək, zərərin aradan qaldırılması, həmçinin birgə axtarış və xilasetmə işləri daxildir. Məqsəd hərbi sahədə qarşılıqlı etimadın möhkəmləndirilməsi və iştirakçı ölkələrin hərbi dəniz qüvvələri arasında praktiki əməkdaşlığın inkişaf etdirilməsidir.
Çin tərəfi təlimdə iştirak etmək üçün esmines və təchizat gəmisi də daxil olmaqla donanma göndərəcək.
Bu, 2019-cu ildən bəri 3 ölkənin 5-ci birgə hərbi dəniz təlimi olacaq.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [22:08]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]