Çin rusiyalılar üçün 30 günədək vizasız rejim tətbiq edir
Moskva, 2 sentyabr, AZƏRTAC
Çin hökuməti sentyabrın 15-dən etibarən adi vətəndaş pasportu olan rusiyalılar üçün 30 günə qədər vizasız rejim tətbiq edəcək.
AZƏRTAC xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Quo Tszyakun brifinqdə deyib.
Onun sözlərinə görə, vizasız siyasət sınağı Rusiya vətəndaşları üçün 2025-ci il sentyabrın 15-dən 2026-cı il sentyabrın 14-dək qüvvədə olacaq. Biznes, turizm, qohum və ya dostları ziyarət etmək, habelə mübadilə səfərləri üçün onlara Çinə vizasız getməyə icazə veriləcək.
Diplomat vurğulayıb ki, iki dövlət başçısının strateji rəhbərliyi altında Çin-Rusiya münasibətləri yüksək inkişaf səviyyəsini qoruyur. Pekin iki ölkənin xalqları arasında mübadilənin intensivləşdirilməsinə böyük diqqət yetirir, qarşılıqlı fəaliyyətin gücləndirilməsini dəstəkləyir və yeni dövrdə Çin ilə Rusiya arasında hərtərəfli strateji tərəfdaşlıq və koordinasiyanın inkişafına müsbət töhfə verir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [22:08]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]