Çin və ABŞ liderlərinin telefon danışığı olub
Pekin, 2 aprel, AZƏRTAC
Aprelin 2-də Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb. Telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlıq məsələlərinə və tərəfləri maraqlandıran mövzulara dair fikir mübadiləsi aparılıb. Tərəfləri narahat edən məsələlərin həlli üçün təmasların davam etdirilməsinin vacibliyi vurğulanıb. Liderlər Ukrayna böhranı və Koreya yarımadasındakı vəziyyəti də müzakirə ediblər.
Qeyd edək ki, dünyanın 2 ən böyük iqtisadiyyatına malik ölkələri olan ABŞ və Çinin liderləri sonuncu dəfə ötən ilin noyabrında San-Fransiskoda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) zirvə toplantısı çərçivəsində görüşüblər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [12:42]
BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]
Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir
- 15.10.2026 [11:23]
Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb
- 15.10.2026 [11:18]
Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb
- 15.10.2026 [11:08]