Çində balıqçı qayığı batıb: itkin düşənlər var
Pekin, 4 aprel, AZƏRTAC
Çində Cıcian vilayətində balıqçı qayığının batması nəticəsində ən azı 4 nəfər itkin düşüb.
AZƏRTAC vilayətin sularda xilasetmə xidmətinə istinadla xəbər verir ki, göyərtəsində 20 nəfərin olduğu qayığın Cuciacian adasından 100 dəniz mili məsafədə qəzaya uğraması barədə xidmətə yerli vaxtla səhər 4:28-də məlumat daxil olub. Dərhal xilasedici qüvvələr hadisə yerinə cəlb edilib və əməliyyat nəticəsində 16 nəfəri xilas etmək mümkün olub. Onlardan 12 nəfəri xəstəxanaya yerləşdirilib.
İtkin düşənlərin axtarışlarına gəmilər, helikopterlər və dalğıclar cəlb olunub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş VİDEO
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]