Çində çoxfunksiyalı müasir incəsənət mərkəzi inşa olunur
Bakı, 13 aprel, AZƏRTAC
Çinin Çjuxay şəhərində məşhur memar Zaha Hadidin arxitektura bürosunun layihəsi ilə çoxfunksiyalı müasir incəsənət mərkəzi inşa edilir.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, layihədə 100 min kvadratmetrlik binada 4 böyükmiqyaslı obyekt - sənət muzeyi, elmi mərkəz, 500 yerlik konfrans zalı və 1,2 min tamaşaçı üçün teatr nəzərdə tutulub. Memarlıq kompleksi şimaldan cənuba 270 metr, şərqdən qərbə isə 170 metr uzanır.
Mərkəzin qərb tərəfində müxtəlif açıq hava tamaşalarına baxmaq məqsədilə amfiteatr yerləşəcək.
Bundan başqa, incəsənət mərkəzinə gələn ziyarətçilər üçün şəhərin və ərazidəki gölün gözəl mənzərəsindən zövq ala bilməsi üçün hava körpüləri tikiləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]