Çində mədəndə köməksiz vəziyyətdə qalan şaxtaçıların yeri müəyyənləşib VİDEO
Pekin, 12 aprel, AZƏRTAC
Çinin Sincan Uyğur Muxtar Bölgəsində kömür mədənini su basması nəticəsində itkin düşən 21 şaxtaçının yeri müəyyən edilib.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, xilasedicilər şaxtaçıların yerini xüsusi texniki avadanlıq vasitəsilə müəyyən edə biliblər. Hazırda nasoslar vasitəsilə mədənə dolmuş su çıxarılır.
Qeyd edək ki, Çanci Huy muxtar prefekturasının Hutubi rayonunda aprelin 10-da axşamüstü baş verən hadisə nəticəsində 29 şaxtaçı ilə əlaqə kəsilmişdi. Xilasetmə əməliyyatının gedişində 8 şaxtaçı mədəndən çıxarılıb. Axtarış-xilasetmə işlərinə təxminən 1500 nəfər cəlb olunub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]