Çində şagirdlərin məktəbdə mobil telefondan istifadəsinə qadağa qoyulub
Pekin, 2 fevral, AZƏRTAC
Çində şagirdlərin məktəbdə mobil telefondan istifadəsinə qadağa qoyulub. Qərar şagirdlərin görmə qabiliyyətini qorumaq, habelə onların diqqətinin internet və video oyunlarına yönəldiməsinin qarşısını almaq məqsədi daşıyır.
AZƏRTAC xəbər verir ki, ölkənin Təhsil Nazirliyinin qərarına əsasən, ibtidai (1-6-cı siniflər) və orta məktəb (7-9-cu siniflər) şagirdləri sinif otaqlarına mobil telefon gətirə bilməzlər. Müxtəlif vacib səbəblərdən mobil telefon gəzdirməli olan şagirdlərin valideynləri əvvəlcədən məktəb rəhbərliyinə yazılı müraciət etməlidirlər. Həmin şagirdlər məktəbə daxil olarkən telefonları məktəbin məsul şəxslərinə təhvil verməlidir və yalnız dərslər bitəndən sonra geri götürə bilərlər.
Qərara əsasən, müəllimlərə mobil telefonlar vasitəsilə şagirdlərə tapşırıq vermək və tapşırıqların mobil telefon vasitəsi ilə həllini tələb etmək də qadağan edilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]