Çində yeni antiinhisar qaydalarının tətbiqinə başlanılıb
Bakı, 8 fevral, AZƏRTAC
Çinin Bazarın Tənzimlənməsi üzrə Dövlət Administrasiyası (SAMR) internet platformalarına yönələn və ölkənin texnoloji nəhənglərinin qarşılaşdığı mövcud məhdudiyyətləri sərtləşdirən yeni antiinhisar qaydalarını dərc edib.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, yeni qaydalarda ötən ilin noyabrında təqdim olunan qanun layihəsinin normaları yer alıb. Onlar inhisarçılıq fəaliyyətinin möhkəmləndirilməsinə səbəb olan bir sıra praktikaların qarşısının alınması məqsədi daşıyır. Məsələn, qaydaların ölkənin aparıcı internet servisləri, o cümlədən “Taobao” və “Tmall” elektron ticarət saytları və “Ant Group” və “WeChat Pay” ödəniş sistemlərinin fəaliyyətini dəyişəcəyi gözlənilir.
Belə ki, bundan sonra bu servislər satıcıları yalnız onlardan birini seçməyə məcbur edə bilməyəcək. Həmçinin internet şirkətləri qiymətləri müəyyənləşdirə, texnologiyaların yayılmasını məhdudlaşdıra və bazarda manipulyasiya üçün məlumat və alqoritmlərdən istifadə edə bilməyəcək.
Administrasiya nümayəndələrinin fikrincə, yeni qaydalar platforma iqtisadiyyatında inhisarçı davranışın qarşısını alacaq və bazarda ədalətli rəqabəti qoruyacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]