Çində yüksək patogen quş qripinə yoluxmalar aşkarlanıb
Pekin, 2 fevral, AZƏRTAC
Çinin paytaxtı Pekində yüksək patogen quş qripinə (H5N8) yoluxmalar qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Bildirilir ki, H5N8 virusu Pekinin turizm məkanlarından olan "İmperatorun Yay Sarayı" parkının ərazisindəki bir neçə qu quşunda aşkarlanıb, onlardan üçü ölüb. Səlahiyyətli qurumlar dərhal ərazidə cavab tədbirlərinə başlayıblar. Ərazi dezinfeksiya edilib, ölü quşlar təhlükəsiz şəkildə məhv edilib.
Qeyd edək ki, quş qripi (avian influenza) müxtəlif növ quşların və heyvanların kəskin gedişli kontagioz xəstəliyidir. Xəstəliyin törədicisi əksər hallarda vəhşi quşlar vasitəsilə yayılır. Ev quşlarının yoluxması da xəstə vəhşi quşlarla yaranan birbaşa təmas, həmçinin onların ifrazatları ilə çirklənmiş ətraf mühitdən qaynaqlanır. Beynəlxalq tələblərə görə, quş qripinin yüksək və aşağı patogenli tipləri ilə yoluxma aşkar edildiyi halda bütün quşlar tələf edilməlidir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]