ÇİNGİZ AYTMATOV ÜRƏYİNDƏ CƏRRAHİYYƏ ƏMƏLİYYATINDAN SONRA VƏTƏNƏ QAYITMIŞDIR
Qırğızıstan Prezidentinin mətbuat xidmətindən bildirmişlər ki, iyulun 24-də Gülhanə Hərbi Tibb Akademiyasından buraxılan Çingiz Aytmatov ertəsi gün xüsusi aviasiya reysi ilə Vətənə yola düşmüşdür. Türkiyədə professor Ertan Dəmirtaş tərəfindən ona ürəyin fəaliyyətinə yardım göstərən xüsusi “stend” aparatı köçürülməklə, tac damar anjioqrafiyası edilmişdir. Türkiyə həkimləri əmin etmişlər ki, əməliyyatdan sonra Aytmatovun səhhəti qənaətbəxşdir və həyatı üçün heç bir təhlükə yoxdur.
Yazıçı xəstəxanada olarkən, Türkiyə Prezidenti Əhməd Necdət Sezər, Baş Qərargah rəisi Hilmi Özkök, xarici işlər naziri Abdullah Gül, habelə ölkənin tanınmış siyasətçiləri ona baş çəkmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.05.2025 [20:09]
Avropa Şurasının Prezidenti Şimali Makedoniyanın gələcəyini Aİ-də görür
- 15.05.2025 [19:50]
Ciorcia Meloni: İtaliya Müqəddəs Taxt-Tacın sülh səylərini dəstəkləyir
- 15.05.2025 [17:42]
Çexiyada növbəti parlament seçkiləri oktyabrın 3-4-də keçiriləcək
- 15.05.2025 [17:31]
Türkiyənin Konya vilayətində 5,2 bal gücündə zəlzələ olub
- 15.05.2025 [15:13]