Çinin avtomobil istehsalçısı Macarıstan bazarında iştirakını gücləndirir
Budapeşt, 3 iyul, AZƏRTAC
Çinin “BYD” şirkəti bu ilin yanvar-aprel aylarında Macarıstanda 558 elektromobil satıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən iki dəfə çoxdur.
AZƏRTAC Macarıstanın MTI agentliyinə istinadla xəbər verir ki, BYD-nin bazar seqmentində payı 17,9 faizə çatıb. Bununla da, Çin avtomobil istehsalçısı 21,5 faiz payla seqment lideri olan “Tesla”ya yaxınlaşıb.
Yanvar-aprel aylarında BYD minik və kommersiya avtomobillərinin satışı 757 ədədə çatıb.
2024-cü ildə şirkətin Macarıstanda satışları 1548 ədəd təşkil edib ki, bu da istehsalçıya 1,37 faiz bazar payını təmin edib. Bu il bu rəqəm iki, hətta üç dəfə də arta bilər, - deyə “BYD PR Hungary” xəbər verir.
BYD bu yaxınlarda Avropada əlçatan olan səkkizinci modeli “Dolphin Surf” adlı şəhər kompaktını təqdim edib.
Şirkət Segeddə Avropada ilk istehsal zavodunu tikir, Macarıstanda biznes və layihələr mərkəzi yaradır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]