Çinin xarici valyuta ehtiyatları azalıb
Pekin, 8 aprel, AZƏRTAC
Çinin xarici valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 1,5 faiz azalaraq 3,0606 trilyon ABŞ dolları səviyyəsinə düşüb. Azalma 47,3 milyard dollar təşkil edib.
AZƏRTAC xəbər verir ki, bunu Çin Xarici Valyuta Administrasiyası açıqlayıb. Administrasiyanın rəsmisi Van Çunin valyuta ehtiyatlarının azalmasının səbəbləri sırasında valyuta mübadiləsi məzənnəsinin və aktivlərin qiymətinin dəyişməsini qeyd edib. Yeni növ koronavirus (COVID-19) infeksiyasının dünyada yayılması və xam neft qiymətlərinin enməsi fonunda ABŞ dollarının indeksinin yüksəlməsi bəzi ölkələrin aktivlərinin enməsinə səbəb olub.
Qeyd edək ki, Çin dünyada ən çox xarici valyuta ehtiyatına sahib ölkədir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]