ÇOXLU ÇÖRƏK YEYƏNLƏRİN XƏRÇƏNG XƏSTƏLİYİNƏ YOLUXMA EHTİMALI VAR
Tədqiqatın müəlliflərinin fikrincə, çoxlu çörək yeyənlərin çörək yeməyənlərə nisbətən böyrək xərçənginə yoluxma ehtimalı 2 dəfə artıqdır. Tədqiqatda böyrək-hüceyrə karsinoması olan 24-79 yaşlarında 767 pasiyent iştirak etmişdir. İştirakçılara təklif edilmişdir ki, üstünlük verdikləri yeməklər, ziyanlı vərdişləri, boyları, çəkiləri və nəsillərində qeydə alınan onkoloji xəstəliklər barədə suallar olan anket doldursunlar. Bundan əlavə, onlar daha çox yayılmış 78 qida məhsulundan əvvəlki 2 il ərzində nə qədər istifadə etdikləri barədə də məlumat vermişlər.
Alınan məlumatlar cinsi, yaşı və digər göstəriciləri xəstə pasiyentlərlə uyğun gələn sağlam iştirakçıların cavabları ilə müqayisə edilmişdir. Məlum olmuşdur ki, həftədə çox çörək yeyən iştirakçılar arasında böyrək xərçənginə yoluxma riski daha yuxarıdır. Bundan əlavə, xərçəngin əmələ gəlməsinə düyü və makaron məmulatı, habelə süd məhsulları da müəyyən təsir göstərir. Tədqiqat müəlliflərinin fikrincə, bu, sadalanan məhsulların qanda şəkərin səviyyəsini artırması ilə də əlaqədar ola bilər.
ABŞ Xərçəngi Öyrənmə Cəmiyyətinin nümayəndəsi bildirmişdir ki, tədqiqatın nəticələri hələ dəqiqləşdirilməlidir. Onun fikrincə, xərçəngin əmələ gəlməsinə ağ çörək deyil, onunla yeyilən məhsullar, məsələn, yağ da təsir göstərə bilər.