Ciorcia Meloni ilə Antonio Koşta Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Roma, 16 sentyabr, AZƏRTAC
İtaliyanın Baş naziri Ciorcia Meloni Romada Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə görüşüb.
AZƏRTAC İtaliya Nazirlər Şurasına istinadla xəbər verir ki, görüşdə Ukrayna və Yaxın Şərqdəki vəziyyət əsas müzakirə mövzusu olub. Tərəflər, həmçinin beynəlxalq aktual məsələləri, o cümlədən oktyabrın 1-2-də Kopenhagendə keçirilməsi planlaşdırılan Avropa Şurası və Avropa İttifaqı ölkələrinin liderlərinin qeyri-rəsmi zirvə görüşü ilə bağlı qarşıda duran tədbirləri nəzərdən keçiriblər.
Qeyd edək ki, Antonio Koşta avqustun 27-də etibarən Avropa paytaxtlarına səfər edir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:19]
Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər
- 30.09.2026 [16:52]
Qırğızıstanda meşə sahəsi 500 min hektardan çox artıb
- 30.09.2026 [16:23]