CNN: İsrail İranın hücumuna cavabla bağlı hələ qərar verməyib
Bakı, 15 aprel, AZƏRTAC
İsrail hələ ki, İranın hücumuna necə cavab verəcəyinə qərar verməyib.
AZƏRTAC xəbər verir ki, bu barədə CNN İsrail rəsmisinə istinadla məlumat yayıb.
O, İsrailin cavab verməkdə qərarlı olduğunu, lakin vaxtı və miqyası ilə bağlı qərarın hələ verilmədiyini söyləyib. Rəsmi qeyd edib ki, İsrail hərbçilərinə cavab üçün bir neçə variant hazırlamaq tapşırılıb.
Bundan əvvəl İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, İsrail İrandan gələn təhlükəyə qarşı regional koalisiya yaradacaq.
“The New York Times” da mənbələrə istinadla yazıb ki, İranın zərbələrinə İsrailin cavabı müttəfiqləri ilə razılaşdırılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]