CNN: Odessadakı partlayış Zelenski və Mitsotakisin kortejinin 500 metrliyində baş verib
Bakı, 7 mart, AZƏRTAC
Odessa şəhərindəki dünənki partlayış Ukrayna Prezidenti Volodimir Zelenski və Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin kortejinin 500 metrliyində baş verib.
AZƏRTAC xəbər verir ki, CNN telekanalı bu barədə öz mənbəyinə istinadla məlumat yayıb.
Məlumata görə, kortejdə olanlar partlayışın zərbəni hiss ediblər və “göbələyə bənzər” tüstü buludu görüblər. Ukrayna Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Dmitri Pletençuk partlayış nəticəsində Zelenskinin və Mitsotakisin xəsarət almadığını bildirib.
Qeyd edək ki, martın 6-da Yunanıstan Baş nazirinin başçılıq etdiyi nümayəndə heyəti Ukraynaya səfər edərək Prezident Volodimir Zelenski ilə görüşüb. Yunanıstan mediası Odessada Yunanıstan nümayəndə heyətinin 150 metrliyində olan Ukrayna prezidentinin kortejinin pilotsuz təyyarə hücumuna məruz qaldığını yazıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:28]
Tramp husilərə xəbərdarlıq edib
- 13.10.2026 [20:24]
ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək
- 13.10.2026 [20:21]
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]