COVID-19: Fransada son sutkada koronavirusdan 551 ölüm faktı qeydə alınıb
Paris, 10 noyabr, AZƏRTAC
Fransada xəstəxanalarda 31 125 min koronavirus xəstəsi var və bu xəstəlikdən ölənlərin ümumi sayı 40 987-yə çatıb.
AZƏRTAC xəbər verir ki, bu haqda Fransa Səhiyyə baş direktoru məlumat verib.
Bildirilib ki, son sutkada ölkədə koronavirusdan 551 ölüm faktı qeydə alınıb. Reanimasiya şöbələrində 4 690 ağır xəstə olduğu və bir çox xəstəxanalarda yer olmadığı bildirilib.
Qeyd edilib ki, vaxtında görülən sanitar tədbirlər sayəsində epidemiyanın ikinci dalğasında səngimə müşahidə olunur.
COVID-19-a 1 807 479 yoluxma qeydə alınmaqla, Fransa koronavirusa yoluxma sayına görə dünyada 4-cü yeri tutur.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]