CÜDO ÜZRƏ BAKI ÇEMPİONATI BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, “Maştağa Olimpiya-İdman Kompleksində kişi və qadınlar arasında cüdo üzrə Bakı çempionatı başa çatmışdır.
Çempionatda 24 komandanın tərkibində 208 idmançı mübarizə aparmışdır.
Kişilərin yarışında çempion adını Anar Babayev (60 kq “Neftçi” İSM), Ruzi Hacıyev (66 kq “İnter”), Cəfər Cəfərov (73 kq “Atilla”), Elşən İbişov (81 kq “Atilla”), Şahin Qəhrəmanov (90 kq “Neftçi” İSM), Rauf Mütəllimov (100 kq “Neftçi” İSM) və Samir Əhmədov (100 kq-dan artıq “Neftçi” İSM) qazanmışlar.
Qadınların mübarizəsində isə Svetlana Məmmədova (48 kq “Lokomotiv”), Xalidə Seyidova (57 kq “Lokomotiv), Xanım Məmmədova (63 kq “Neftçi” İSM) və Ülkər Vahidli (70 kq “Neftçi” İSM) birinci yerə çıxmışlar.
Komanda hesabında isə 36,5 xalla“Neftçi” İdman-Sağlamlıq Mərkəzi birinci olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]
Azərbaycan Kubokunda yeni mövsümə start verilir
- 07.10.2026 [10:13]
Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır
- 07.10.2026 [09:49]