İDMAN
Cüdoçumuz Avropa çempionatında təsəlliverici görüşə çıxacaq
Bakı, 16 aprel, AZƏRTAC
Portuqaliyanın paytaxtı Lissabonda start götürən Avropa çempionatının birinci yarış günündə 3 cüdoçumuz mübarizəyə qoşulub.
AZƏRTAC xəbər verir ki, kişilər arasında Kəramət Hüseynov (60 kq) moldovalı Nikolae Foca, daha sonra Türkiyə təmsilçisi Mehrac Akkusu məğlub edərək dörddəbir finala vəsiqə qazansa da, bu mərhələdə ispaniyalı Fransisko Qarriqosa məğlub olub. Cüdoçumuz təsəlliverici görüşdə italiyalı Anjelo Pantano ilə mübarizə aparacaq.
Komandamızın digər üzvü Orxan Səfərov (66 kq) ilk qarşılaşmasında israilli Amit Boboviçi məğlub etsə də, növbəti mərhələdə moldovalı Vadim Buneskonun öhdəsindən gələ bilməyib. Onunla eyni çəkidə mübarizə aparan Nicat Şıxəlizadə də yarışda mübarizəni dayandırıb. Belə ki, ilk qarşılaşmada slovakiyalı Matej Poliaka qalib gələn idmançımız sonrakı görüşdə portuqaliyalı Joao Qrisostomaya məğlub olub.
Turnirdə Azərbaycan 9 cüdoçu ilə təmsil olunur.
Aprelin 18-dək davam edəcək qitə çempionatında 45 ölkədən 300-dən çox idmançı mübarizə aparacaq.