İDMAN
Cüdoçumuz Nicat Şıxəlizadə dünya çempionatında mübarizəni 1/16 finalda dayandırıb YENİLƏNİB
Bakı, 21 sentyabr, AZƏRTAC
Cüdo üzrə dünya çempionatının 1/32 final mərhələsində misirli Mohamed Abdelmavqudu məğlub edən Azərbaycan cüdoçusu Nicat Şıxəlizadə 1/16 finalda braziliyalı Daniel Karqninə uduzub.
Beləliklə, 66 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz dünya çempionatında mübarizəni dayandırıb.
11:27
Azərbaycan cüdoçusu Nicat Şıxəlizadə 1/32 final mərhələsində misirli Mohamed Abdelmavqudu məğlub edib.
Cüdoçumuz 1/16 final mərhələsində braziliyalı Daniel Karqnin ilə qarşılaşacaq.
10:46
Bakıda keçirilən cüdo üzrə dünya çempionatında 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Nicat Şıxəlizadənin 1/32 final mərhələsindəki rəqibi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, milli komandamızın üzvü bu mərhələdə misirli Mohamed Abdelmavqud ilə qarşılaşacaq.
Xatırladaq ki, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatında 125 ölkədən 800-dək kişi və qadın idmançı 14 çəki dərəcəsində mübarizə aparır. Bu gün 66 kiloqram çəki dərəcəsində kişilər, 52 kiloqram çəki dərəcəsində isə qadınlar tatami üzərinə çıxıblar.
Çempionat sentyabrın 27-dək davam edəcək.