Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cümhuriyyətimizin 100 illiyi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında qeyd edilib

Bakı, 24 may, AZƏRTAC

Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyi ilə əlaqədar mayın 24-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) geniş iclas keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev geniş məruzə ilə çıxış edib. Məruzədə qeyd edilib ki, Azərbaycan Xalq Cümhuriyyəti ən çətin mərhələdə belə demokratik ideallardan geri çəkilməyib, hər bir vətəndaşın hüquq və azadlıqlarının təmini istiqamətində qətiyyətli addımlar atıb. Belə bir dövlətin məhz Azərbaycanda elan edilməsi, yüksək sosial-mədəni, iqtisadi tərəqqiyə, vətəndaş cəmiyyətinin formalaşmasına təkan verən islahatların bu məkanda gerçəkləşməsi xalqımızın zəngin dövlətçilik ənənələrinə malik olduğunu bir daha təsdiq edir. Hazırda isə Azərbaycan dünya miqyasında nüfuzlu dövlət kimi tanınır. Bu müsbət imicin formalaşmasının kökündə uzun illər həyata keçirilən uğurlu daxili və xarici siyasət dayanır. Ulu öndər Heydər Əliyevin banisi olduğu, Prezident İlham Əliyevin tarixin ən qüdrətli dövrünü yaşatdığı müstəqil Azərbaycanın nailiyyətləri cümhuriyyətçilik prinsiplərinin təntənəsidir.

S.Möhbalıyev bildirib ki, ölkəmizin çoxəsrlik dövlətçilik təcrübəsinin əsası Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlıdır. Cəmi iki ilə yaxın yaşamış AXC dövlət quruculuğu sahəsində tariximizdə silinməz izlər buraxıb, xalqımızın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb. Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, ən qəddar müstəmləkə və repressiya rejimləri belə Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyil.

Bu il AXC-nin qurulmasının 100 illik yubileyi tamam olur. Bu böyük tarixi hadisəni daha da möhtəşəm edən isə Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il mayın 16-da imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncam və 2018-ci ili Azərbaycanda “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi oldu. Sözsüz ki, bu, çoxəsrlik dövlətçilik tariximizin təbliğində mühüm rol oynamaqla yanaşı, demokratik respublikanın əhəmiyyətini bir daha ortaya qoydu. Böyükdən kiçiyə hər kəs bu sərəncamları ölkə başçısının milli dövlətçilik tariximizə xüsusi diqqəti kimi dəyərləndirir.

Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyətinin uca tutulması və dünyaya təbliği istiqamətində mühüm işlər görülüb. Ulu öndər Heydər Əliyev AXC-nin yaradılmasını xalqımız üçün tarixi hadisə adlandırıb, ilk respublika dövründə həyata keçirilən müstəqil dövlətçiliyimizin əsaslarının yaradılmasının və gələcək inkişaf yolunun müəyyənləşdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Prezident İlham Əliyev AXC-nin yaranmasını xalqın milli oyanışının məntiqi yekunu kimi dəyərləndirib, müsəlman Şərqində ilk parlament respublikası kimi xalqımızın qədim dövlətçilik ənənələrini yaratdığını, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olduğunu qeyd edib.

Belə təsisatlardan biri hələ XX əsrin əvvəllərində Azərbaycan fəhlələrinin uğrunda mübarizə apardıqları həmkarlar ittifaqı birlikləri idi. Azərbaycanın tarixi taleyinin həll olunması yolunda ayağa qalxıb öz dövlətini qurmaq istəyənlər arasında fəhlələrin də rolu var idi. Artıq oxşar istehsal sahələri fəhlələrinin həmkarlar ittifaqı təşkilatları birləşərək üzvlərinin sayını 80 min nəfərə çatdırmışdı. AXC yaranan gündən vətəndaşlara demokratik haqq və azadlıqların təminatına görə dövrünün bir çox ölkələrini geridə qoyurdu.

Fərəhli haldır ki, bu gün Azərbaycan həmkarlar ittifaqları Cümhuriyyətin 100 illiyini uğurlarla qarşılayır. Bizim üçün əlamətdar sayılan 2018-ci ildə AHİK-in 25 illik yubileyini və V qurultayını keçirmişik. Ölkəmizdə həmkarlar ittifaqı hərəkatı daim diqqət mərkəzində olub, dövlətimiz bu təşkilatın möhkəmlənməsinə öz fəaliyyətində mühüm yer ayırıb. Dövlətimizin başçısı İlham Əliyev qurultayımıza təbrik məktubunda qeyd edib ki, müasir dövrdə hüquqi dövlət quruculuğu prosesini həmkarlar ittifaqı olmadan təsəvvür etmək qeyri-mümkündür. Prezident İlham Əliyev bir daha həmkarlar ittifaqının qüvvəsinə inandığını, ona dərin etimad göstərdiyini vurğulayıb.

Azərbaycanda hakimiyyət və həmkarlar ittifaqı təşkilatları əsl tərəfdaşa çevriliblər. Çünki dövlətimizin də, həmkarlar ittifaqlarının da təməlində Azərbaycan vətəndaşı və onun rifahı, hüquqlarının təmin edilməsi dayanır.

AHİK sədri daha sonra deyib ki, bu gün Azərbaycanın dünya birliyində müstəqil dövlət kimi bərqərar olmasının, demokratik ənənələrin, insan hüquq və azadlıqlarının qorunmasının, söz və mətbuat azadlığına geniş meydan verilməsinin əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulub. 100 il əvvəl, 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə çətin tarixi vəzifə götürdü. Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası, daha doğrusu, Azərbaycan parlamenti elan etdi. Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri oldu. Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi.

1918-ci il mayın 28-də qəbul edilən ilk normativ hüquqi akt 25 nəfərin daxil olduğu Azərbaycan Milli Şurası tərəfindən qəbul edilən İstiqlal Bəyannaməsi idi. İstiqlal Bəyannaməsi türk-müsəlman dünyasında və Şərqdə ilk dəfə Azərbaycanda demokratik respublika yaradılmasından xəbər verdi. Artıq mayın 30-da Milli Şura Azərbaycan hökumətinin təşkilini F.Xoyskiyə tapşırdı. Dekabrın 7-də parlamentin ilk iclası oldu. Ə.Topçubaşov parlamentin sədri, H.Ağayev sədrin birinci müavini, M.Hacinski baş katib seçildilər.

Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Demokratik, hüquqi dövlət yaradan AXC hakimiyyəti qanunların aliliyini təmin etməyi ən ümdə vəzifələrdən biri hesab edirdi. Qısa vaxtda ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli dəyərlərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarif və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir baxımından müstəsna əhəmiyyətli işlər görüldü.

Cümhuriyyət gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdırmağa imkan tapmasa da, onun həyata keçirdiyi işlər xalqımızın tarixində silinməz iz buraxıb, ən parlaq nailiyyətlərdən biri kimi yaddaşlarda qalıb.

Milli mənlik duyğusunun güclənməsi ilə başlanan dirçəliş ümummilli vicdanı oyatmışdı. AXC Milli Şurası, parlamenti və hökuməti çoxlu taleyüklü islahatlar həyata keçirmiş, müstəqil dövlətin formalaşıb möhkəmlənməsi üçün misilsiz işlər görmüşdü. Lakin Azərbaycan Xalq Cümhuriyyəti çox çətin bir şəraitdə fəaliyyətə başlamışdı. O zaman Bakıda S.Şaumyan başda olmaqla Bakı Xalq Komissarları Soveti Azərbaycana qarşı düşmənçilik fəaliyyəti göstərirdi. Şaumyanın rəhbərliyi ilə 1918-ci ilin martında Bakıda, Şamaxıda, Qubada və digər bölgələrdə azərbaycanlılara qarşı törədilən qırğınlardan sonra Bakı Kommunasının azərbaycanlı əhalinin arasında nüfuzu tamamilə itmişdi. Azərbaycanın qəzalarında isə hərc-mərclik hökm sürürdü. Dağlıq Qarabağ ermənilərinin 1918-ci ilin iyulunda Şuşada keçirilən I qurultayı Yuxarı (Dağlıq) Qarabağı müstəqil elan etdi. Ermənistan hökuməti isə Qarabağda işğalçılıq planlarını həyata keçirmək üçün oraya silahlı qüvvələrini yeritdi. Qarabağ torpağını ələ keçirməyə can atan daşnaklar nə kütləvi qırğınlardan, nə də onlarla yaşayış məntəqəsini yer üzündən silməkdən çəkinmirdi. Azərbaycan Xalq Cümhuriyyəti Qarabağın müdafiəsini gücləndirmək üçün oraya hərbi qüvvələr göndərməli oldu.

Yeni yaradılan Qarabağ general-qubernatorluğu Yuxarı Qarabağda və Zəngəzurda erməni separatçılığının aradan qaldırılmasında son dərəcə mühüm rol oynayıb. Qarabağı Azərbaycandan ayırmaq istəyən və daim azərbaycanlılarla ermənilər arasında nifaq toxumu səpən erməni Milli Şurasının rəhbərləri Azərbaycan hakimiyyətini tanımadıqlarını bəyan etdiklərinə görə Qarabağdan sürgün edilmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin qətiyyətli tədbirləri nəticəsində Azərbaycan ərazisini qəsb etmək istəyən Ermənistanın Yuxarı Qarabağla əlaqədar ərazi iddiaları puça çıxmışdı.

Tarixi həqiqət olaraq qeyd etmək lazımdır ki, Azərbaycan üçün çətin və təhlükəli olan 1918-ci ildə yalnız Türkiyə dövləti respublikamızın ərazi bütövlüyünün və suverenliyinin qorunmasında ilk gündən hərtərəfli siyasi və hərbi yardım göstərib. Qızğın döyüşlər nəticəsində Bakı 1918-ci il sentyabr ayının 15-də Nuru paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu tərəfindən azad olundu. Sentyabrın 17-də isə Fətəli xan Xoyski hökuməti Gəncədən Bakıya köçdü. Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan olundu. Bu yardım erməni millətçilərinin və onların havadarları olan bolşeviklərin Azərbaycanın tarixi taleyi üçün təhlükəli cəhdlərinin həyata keçirilməsinə mane oldu.

Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti özünün həyatiliyini və yüksək işgüzarlıq qabiliyyətini sübut etdi. Göstərdi ki, Azərbaycan xalqı həqiqətən parlament idarəçiliyi səviyyəsinə yüksəlib. Parlamentin fəaliyyəti dövründə 145 iclası keçirilib, 270-dən çox qanun layihəsi müzakirəyə çıxarılıb və onlardan 230-a yaxını qəbul edilib. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qanunvericilik fəaliyyəti baxımından xüsusi əhəmiyyət kəsb edən qanunlardan biri də parlamentin 1919-cu il avqustun 11-də qəbul etdiyi “Azərbaycan vətəndaşlığı haqqında” Qanun idi. Qanunun 1-ci maddəsinə görə, milli və dini fərqlərə baxmayaraq, özləri və ya valideynləri Azərbaycan Respublikasının ərazisində doğulmuş keçmiş Rusiya imperiyasının bütün təbəqələri Azərbaycan vətəndaşı hesab edilirdilər. Sovetlərin tarix, hüquq və siyasi ədəbiyyatlarında isə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin demokratik mahiyyəti bilərəkdən təhrif olunub, quldur, xan-bəy hökuməti kimi təqdim edilib. Bu fikirlərin heç biri həqiqətə uyğun deyildi. Təəssüf ki, uzun illər tarix kitablarında cümhuriyyətin adı çəkilmirdi. Yalnız müstəqilliyimiz bərpa olunduqdan sonra tariximizin qapalı səhifələri açılmağa başlandı.

S.Möhbalıyev vurğulayıb ki, ilk milli hökumətin fəaliyyəti dövründə xalqımızın milli mənlik şüuru özünə qaytarıldı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirdi. 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransında müttəfiq dövlətlər birliyi tərəfindən Azərbaycanın müstəqilliyi tanındı. Fransada, İranda, Dağıstanda, Gürcüstanda və başqa ölkələrdə respublikanın siyasi nümayəndəlikləri artıq fəaliyyət göstərirdi. Azərbaycan Xalq Cümhuriyyətinin sülhsevər xarici siyasətinə baxmayaraq, onu münaqişələrə çəkmək istəyənlər də var idi. Həmin dövrdə əksər ölkələrdə gedən mürəkkəb proseslər fonunda belə bir tarixi nailiyyətə imza atmaq kifayət qədər cəsarətli bir addım idi. Xalqımız özünün müstəqil dövlətini elan etməklə nə qədər zəngin keçmişə, böyük dəyərlərə malik olduğunu təsdiqləyib, öz üzərinə götürdüyü çətin tarixi vəzifəni, imkanları son həddə çatanadək, şərəflə yerinə yetirib, kiçik zamanda böyük işlər həyata keçirib.

Parlament əhalinin konkret təbəqələrinin maddi-sosial müdafiəsini gücləndirmək məqsədilə bir sıra qanunlar qəbul etmişdi. 1919-cu ildə “Dəmir yolu qulluqçularının vəziyyətini yaxşılaşdırmaq haqqında”, “Əmək nazirliyi yanında fəhlə məsələləri üzrə Xüsusi Müşavirənin təsis edilməsi haqqında” və digər qanunlar qəbul etmişdi. Həmin Xüsusi Müşavirənin tərkibinə daxil edilənlərdən biri də Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimi, Cümhuriyyətin müstəqilliyi naminə çalışan müsəlman fəhlələrin təmsilçisi Cavad bəy Məlikyeqanov idi. 1903-cü ildən Bakının neft mədənlərində işləyən, inqilabi hərəkatda fəal iştirak edən, çar hakimiyyətinə qarşı mübarizə aparan C.Məlikyeqanov AXC dövründə Türk Fəhlə Konfransının təşkilatçılarından biri olub, Mərkəzi Həmkarlar İttifaqının sədri vəzifəsində çalışıb. O, həmişə çıxışlarında sadə zəhmətkeş xalqın həyat və güzəranı ilə bağlı vəziyyəti sərt tənqid edib, fəhlələrin müstəqil Cümhuriyyətin qurulmasında və ərazi bütövlüyünün təmin olunmasındakı xidmətlərini yüksək qiymətləndirib.

Ümumiyyətlə, Azərbaycan Xalq Cümhuriyyəti öncülləri Ə.Topçubaşov, Ə.Ağayev, Ə.Hüseynzadə və başqaları mətbuatdakı çıxışlarında XX əsrin əvvəllərində ictimai-siyasi hüquqsuzluqdan söz açır, millətin oyanmasına, işçilərin hüquqlarının qorunması üçün güclü təşkilatın qurulmasına, xeyriyyəçilik cəmiyyətlərinin yaradılmasına çalışırdılar. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsini yayıblar.

S.Möhbalıyev bildirib ki, Xalq Cümhuriyyətinin qurucuları - Azərbaycan xalqının ən öndə gedən ziyalıları və maarifçiləri xalqımızın ümumi tərəqqisinin təmin olunmasında, demokratik cəmiyyətin formalaşdırılması və müstəqil dövlətin sosial-siyasi əsaslarının möhkəmləndirilməsində mühüm işlər görüblər. İstiqlal hərəkatının fədailəri milli mənlik şüurunun, milli ruhun və ideologiyanın gücləndirilməsi sahəsində, tarixi və milli varislik ənənələrinin təbliği və tədqiqində önəmli rol oynayıblar. Azərbaycanın istiqlal ideyası əksər ziyalıları bir amal altında birləşdirmişdi. Bu ideya Azərbaycanda siyasi, sosial və fəlsəfi istiqamətə yönəlmişdi. Vətənə, millətə xidmət missiyasında onları vahid bir amal - milli mənafeyin hər şeydən üstün tutulması birləşdirirdi. Zəngin və keşməkeşli mübarizələrlə dolu, nəsillərə nümunə olan ömür yaşamış bu insanlar Azərbaycanın milli istiqlal hərəkatının iştirakçıları olub, xalqa sədaqətləri ilə fərqlənib, dövlətçilik tariximizdə şərəfli yer tutan şəxsiyyətlərdən olublar.

Xüsusilə belə bir şəraitdə müstəqil Cümhuriyyəti qura biləcək görkəmli mütərəqqi xadimlərin, ziyalılar təbəqəsinin yetişməsi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında müstəsna rol oynayıb. Azərbaycan dövlətçiliyi ilə birgə tarixə düşən istiqlal mücadiləsi iştirakçılarının xatirəsi ən böyük ehtiramla daim xalqımız tərəfindən yad edilir.

XX əsrin əvvəllərində dövlət müstəqilliyi yolunda ilk dəfə böyük addım atan xalqımız XX əsrin sonlarında yenidən milli azadlığa, dövlət müstəqilliyinə tam nail olub, Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisi olduğunu sübut edib.

Şərqdə ilk demokratik Cümhuriyyəti qurmaqla azərbaycanlılar böyük, istedadlı və azad xalq olduqlarını, dünyanın ən mütərəqqi ənənələrini öz həyatında təcəssüm etdirdiyini bir daha bütün dünyaya göstəriblər.

Sonra Azərbaycan Dövlət İqtisadi Universitetinin professoru, tarix elmləri doktoru Vəkil Həsənovun Cümhuriyyətin yaranması ilə bağlı çıxışı dinlənilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO