Dağıstan rəhbərinin mətbuat xidmətinin rəisi və onun sürücüsü Mahaçqalada atəşə tutularaq öldürülmüşlər
Bakı, 28 iyul (AZƏRTAC). Mahaçqalada Dağıstan rəhbərinin İnformasiya Siyasəti İdarəsinin və mətbuat xidmətinin rəisi Harun Qurbanov qətlə yetirilmişdir.
Bu barədə Dağıstan Respublikası Daxili İşlər Nazirliyindən məlumat verilmişdir.
Nazirlikdəki mənbəyin verdiyi məlumata görə, bu gün səhər Harun Qurbanovun “Toyota Kamri” markalı avtomobili Mantaşev küçəsində naməlum şəxslər tərəfindən atəşə tutulmuşdur. Avtomobildə olan Qurbanov və onun sürücüsü həlak olmuşdur.
Hadisə yerində əməliyyat-axtarış qrupu işləyir.
Cinayətkarları tapmaq üçün şəhərdə “Vulkan-3” əməliyyat planı həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.05.2026 [17:43]
Türkiyə Prezidenti Qazaxıstana dövlət səfərinə gəlib
- 13.05.2026 [17:18]
Kreml Ukraynada atəşkəsin şərtini açıqlayıb
- 13.05.2026 [16:44]
Litvanın müdafiə naziri Avropa ordusunun yaradılmasına qarşı çıxıb
- 13.05.2026 [16:23]
Trampın təyyarəsi Çinə eniş edib
- 13.05.2026 [16:19]
Media: Türkiyədə Suriya liderinin NATO sammitində iştirakı müzakirə olunmur
- 13.05.2026 [15:54]