Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dağlıq Qarabağ 2018-ci ildə: "dinamik balans", yoxsa münaqişənin birdəfəlik həlli?

Dağlıq Qarabağ 2018-ci ildə: "dinamik balans", yoxsa münaqişənin birdəfəlik həlli?

Cənubi Qafqazdakı geosiyasi dinamikaya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin son dərəcə mənfi təsir etdiyini hamı etiraf edir. Problemin həll edilməməsi qeyri-müəyyənliyi daha da dərinləşdirir. Gözləmək olardı ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri 2018-ci ildə münaqişənin ədalətli həlli istiqamətində real və səmərəli addımlar atacaqlar. Lakin bu ilin ilk ayından Qərb və Rusiya KİV-də dərc edilən bir sıra analitik yazıya görə, belə bir nikbin əhval-ruhiyyə yoxdur. Əksinə, onlar mövcud vəziyyəti saxlamağa və tərəflərin qəti addım atmamasına çalışacaqlar. Konkret deyilsə, münaqişənin həllini deyil, status-kvonun dəyişməməsini önə çəkməyə cəhd edəcəklər. Təbii ki, bu, dolayısı ilə təcavüzkara dəstək vermək deməkdir. Bu kimi məqamları nəzərə alıb, 2018-ci ildə Dağlıq Qarabağla bağlı hansı proseslərin gedə biləcəyini təhlil etmək aktuallıq kəsb edir.

Kəskinləşmiş münaqişə: “dondurulması” mümkündürmü?

Qərb və Rusiya analitiklərinin son zamanlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tez-tez məqalələr yazması diqqətdən yayınmır. Müəlliflər müxtəlif proqnozlar verməyə çalışmaqla yanaşı, problemin tarixinə və indiki vəziyyətinə də nəzər salırlar. Onların fikirləri, təbii ki, maraqlıdır, çünki indiyə qədər səsləndirilməyən bir sıra fikirləri daha açıq yazmağa başlayıblar. Belə bir vəziyyət nədən yaranıb?

Burada başlıca faktor kimi qlobal geosiyasətdə proseslərin tədricən yeni məzmun çalarları kəsb etməsini götürmək olar. Xüsusilə Yaxın Şərqdə cərəyan edən hadisələr göstərir ki, dünyadakı vəziyyət heç də BMT TŞ-nin beş daimi üzvünün istəyindən asılı deyil. Elə qüvvələr var ki, onlar baş verənlərin məntiqində düzəlişlər edə bilər. Məsələn, Türkiyə, İran və ya Səudiyyə Ərəbistanı. Biz hələ İsraili demirik.

Digər məqam Cənubi Qafqazda uzun müddətdir ki, mövcud olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin artıq daha geniş geosiyasi məkan üçün təhdidə çevrilməsi ilə bağlıdır. O, Mərkəzi Asiya, Rusiya, Çin, İran, Türkiyə istiqamətləri ilə yanaşı, Avropada da ciddi geosiyasi problemlər yarada bilər.

Nəhayət, dünyanın aparıcı gücləri, görünür, Cənubi Qafqazda geosiyasi nüfuz dairəsini konkretləşdirmək prosesinə başlayırlar. Bu kontekstdə də Dağlıq Qarabağ münaqişəsinin taleyi ciddi əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, son dövrlərdə bu məsələyə həsr edilmiş bütün analitik məqalələrdə pərdəarxası olaraq məhz bu məqam qabardılır. Təbii ki, bu, digər vacib faktorların unudulması anlamına gəlmir.

Bunların fonunda Qərb və Rusiya mətbuatında dərc edilən həmin yazılarda 2018-ci ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı proqnozların ifadə edildiyi maraqlıdır. Etiraf edək ki, bizim regionun geosiyasi aktuallığını hər kəs qəbul edir. Eyni zamanda, buradakı proseslərə yerli xalqların deyil, daha çox özlərinin maraqları prizmasından nəzər salırlar. Bu məsələdə Qərb, Rusiya və İran arasında fikir ayrılığı özünü göstərir. Lakin o da çox düşündürücüdür ki, elə ümumi və prinsipial əhəmiyyətli məqamlar var ki, həmin qüvvələrin maraqları üst-üstə düşür. Və bunu onlar açıqca vurğulayırlar.

Həmin məqamlar içərisində mövcud vəziyyətin saxlanması (onlar buna bir ağızdan status-kvonun dəyişməməsi deyirlər) və Azərbaycanla Ermənistan prezidentlərinin heç bir insident olmadan rahatca danışıqlara davam etməsi xüsusi yer tutur (bax: məs., Nagorno-Karabakh’s Gathering War Clouds / The International Crisis Group, Report 244, 1 iyun 2017 və Сергей Маркедонов. Нагорный Карабах - 2018: война, мир или балансирование на грани? / РСМД, 17 yanvar 2018).

Bu bağlılıqda Beynəlxalq Böhran Qrupunun hesabatında yer almış bir fikir diqqəti çəkir. Orada yazılır: "...Rusiyanın nüfuzu Bakı, İrəvan və başqa yerlərdə yüksək olaraq qalır. Ancaq diplomatik iflic vəziyyətinin yaranması (Dağlıq Qarabağla bağlı - red.) çox riskli olar, baha başa gələr və səmərəli vasitəçilik zamanının bitdiyini göstərərdi" (bax: Nagorno-Karabakh’s Gathering War Clouds / The International Crisis Group, Report 244, 1 iyun 2017).

Vasitəçilər: əsas məqsəd nədir?

Deməli, bu təşkilat hesab edir ki, indiyə qədər vasitəçilər səmərəli fəaliyyət göstəriblər və onların arxa plana keçməsi "diplomatik iflic" effekti verərdi ki, bunun da bədəli çox ağır olardı? Kimlərə? Təbii ki, Qərb və Rusiyaya! Buradan hesabat müəllifləri belə nəticə çıxarırlar ki, 2018-ci ildə Dağlıq Qarabağ məsələsində vasitəçilərin fəaliyyəti ilə bağlı heç bir dəyişiklik etməyə ehtiyac yoxdur - hər şey öz qaydasında qalmalıdır. Bu da dolayısı ilə mövcud status-kvonun saxlanması anlamına gəlir.

Moskvanın da ifadələrində məhz bu fikir başlıca yer tutur. Xarici işlər naziri Sergey Lavrov münaqişə zonasında hər hansı kəskin hərəkətin yolverilməz olduğunu dəfələrlə vurğulayıb. Bunun üçün isə həm Qərb, həm də Rusiya diplomatik dairələri hesab edirlər ki, münaqişə zonasında ATƏT-in monitorinqi gücləndirilməli, yeni nəzarət sistemi təşkil edilməlidir ki, hərbi əməliyyatlar olmasın. Ardınca da (həm Qərb, həm də Rusiya analitikləri) onu vurğulayırlar ki, mövcud vəziyyətin dəyişməsində daha çox maraqlı olan Azərbaycandır, çünki o, özünü məğlub hiss edir (bax: əvvəlki iki mənbəyə).

Deməli, analitiklər belə düşünürlər ki, fərqli geosiyasi maraqların olmasına baxmayaraq, Qərb, Rusiya və İran Dağlıq Qarabağda indiki vəziyyətin davam etməsində ortaq mövqedədirlər. Onlar bu münaqişəni yalnız özlərinə sərf etdiyi zamanda aktivləşdirə bilərlər. Bəs münaqişə edən tərəflərin özləri situasiyanı kardinal dəyişmək iqtidarında deyillərmi?

Analitiklər gətirdikləri üç faktorla bu suala əminliklə "yox" cavabı verirlər. Məsələn, Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti Sergey Markedonov hesab edir ki, nə Azərbaycanın, nə də Ermənistanın yaranmış vəziyyətdə ABŞ, Rusiya və Fransanın iradəsinə zidd kəskin davranmaq potensialı yoxdur. Digər bir faktor da əlavə məhdudlaşdırıcı şərt qoyur - Rusiya, ABŞ və Fransa münaqişəyə fərqli mövqedən yanaşdıqlarından bir-birindən çəkinərək tarazlaşmış vəziyyəti dəyişmək istəmirlər. Yəni hələlik bu qeyri-müəyyənliyin qalmasına razıdırlar. Maraqlıdır ki, S.Markedonov İranın da bu fikrə qatıldığını iddia edir (bax: Сергей Маркедонов. Нагорный Карабах - 2018: война, мир или балансирование на грани? / РСМД, 17 yanvar 2018).

Nəhayət, üçüncü məhdudlaşdırıcı faktor kimi rusiyalı mütəxəssis aşağıdakı arqumenti gətirir. O yazır ki, həm Minsk qrupunun həmsədr ölkələri, həm də Türkiyə və İran kimi nüfuzlu dövlətlərin "Qarabağ düyününün açılması üçün geosiyasi sövdələşməyə getmələrinə elə bir əsas yoxdur" (bax: əvvəlki mənbəyə).

Beləliklə, ekspertlər nəticəyə gəlirlər ki, 2018-ci il üçün ən yaxşı variant Dağlıq Qarabağda mövcud "dinamik balans"ın saxlanması olardı. Görünür, bunun üçün onlar əllərindən gələni etməyə çalışacaqlar. Bu isə həmsədr ölkələr də daxil olmaqla, Türkiyədən başqa, digər dövlətlərin dolayısı ilə təcavüzkarı dəstəkləməyə davam etmələri anlamına gəlir. Çünki mövcud status-kvonun hər hansı bəhanə ilə saxlanması strategiyası Ermənistanı birbaşa müdafiə etmək deməkdir. Onun işğalçılığına göz yummaq və Azərbaycanı öz torpaqlarını azad etmək fikrindən döndərməyə çalışmaq deməkdir.

Təsəvvür edin, Qərb və Rusiya analitiklərinin münaqişə ilə bağlı ifadə etdikləri fikirlərdə bir dəfə də olsun BMT TŞ-nin qətnamələrinə əməl edilməsinin, Ermənistanın işğal etdiyi ərazilərdən çəkilməsinin zəruriliyi əks olunmur. Belə çıxır ki, 2018-ci ildə vasitəçilər nəinki passiv qalacaqlar, hətta münaqişənin Ermənistanı qane edən formada dondurulmasına cəhd etməkdə davam edəcəklər.

Əgər bu proqnoz özünü doğrultsa, faktiki olaraq həmsədr ölkələr Cənubi Qafqazda geosiyasi qeyri-müəyyənliyin qalmasında maraqlı olacaqlar. Bu da real olaraq həm vəziyyətin nəzarətdən çıxmasına, həm də terror dalğasının meydana gəlməsinə yardım etmək deməkdir. Konkret olaraq, müxtəlif radikal qruplarla erməni terror təşkilatları təxribat törədib, region dövlətlərini çətin duruma salmağa cəhd edə bilərlər. Onda bütün məsuliyyət indi status-kvonu saxlamağa çalışanların üzərinə düşəcək.

Bunlarla yanaşı, analiz edənlər Azərbaycan faktorunu, Bakının siyasətini tam ciddiyyəti ilə nəzərə almırlar. Azərbaycan rəhbərliyi kifayət qədər qətiyyət və əzmlə milli maraqları üstün tutaraq, münaqişənin ədalətli həllinə çalışacaq. O cümlədən son anda erməni işğalçıların hərbi yolla ərazilərdən çıxarılması variantına kimsə etiraz edə bilməz!

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub