“Dağlıq Qarabağ münaqişəsinin informasiya modeli” kitabı çapdan çıxmışdır
Bakı, 4 sentyabr (AZƏRTAC). Nəsrin Süleymanlının “Dağlıq Qarabağ münaqişəsinin informasiya modeli” kitabı “Qızıl Şərq” hərbi nəşriyyatında çapdan çıxmışdır.
AZƏRTAC xəbər verir ki, kitabda SSRİ-nin süqutu ərəfəsində Dağlıq Qarabağ münaqişəsinin açıq fazaya çıxarılmasında və sonradan bu problemin mürəkkəbləşməsində, erməni millətçilərinin işğalçı-separatçı siyasətinin pərdələnməsində informasiyanın oynadığı rol əsas tədqiqat obyektidir.
Müəllif erməni diasporunun qəzet və jurnallarından, mənsub olduqları televiziya və radio kanallarından, web-saytlarından misallar gətirməklə fikrini əsaslandırmışdır. ABŞ-ın “AMGA TV”, Avstraliyanın “Armenian TV Sidney”, Fransanın “Radio Armeni” və “Radio AYB 99,5 FM” radio kanallarının söylədikləri, Birləşmiş Ərəb Əmirliklərinin www.uaearmenians. com/index.html., Cənubi Amerikanın www.uja.com.ar, Braziliyanın www.armenia.com.br və s. saytların yazdıqları cəfəngiyat dolu materialların hər birini toplayaraq kitaba daxil etmişdir.
Müəllif kitabında Ermənistanın 124 qəzet və jurnalının, 7 agentliyinin, 34 saytının, dünyanın 112 qəzet və jurnalının, 9 televiziya, 28 radio kanalının, 51 saytının verdiyi yalan informasiyaları oxucuların müzakirəsinə çıxarmışdır. Bundan əlavə, qondarma Dağlıq Qarabağ saytlarının yaydıqları böhtan yazılar da burada cəmlənmişdir.
Kitabın elmi redaktoru tarix elmləri doktoru Mehman Süleymanovdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.11.2026 [20:21]
Vamiq Məmmədəliyev: Ustad görməyən tələbə kamil sənətkar ola bilməz
- 02.11.2026 [18:59]
Film Fondunda Yavər Rzayevin 70 illik yubileyi qeyd edilib
- 02.11.2026 [16:13]
“Bu ki, od parçasıymış!” — Səməd Vurğunun seminariyaya qəbul hekayəsi
- 02.11.2026 [16:05]
İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO
- 02.11.2026 [16:00]
Şəkidə sənət əsərlərinə yeni nəfəs verən bərpaçı - MÜSAHİBƏ
- 02.11.2026 [14:38]