Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dağlıq Qarabağ regional geosiyasət kontekstində: çaşqın Ermənistanın məntiqsiz addımları

Dağlıq Qarabağ regional geosiyasət kontekstində: çaşqın Ermənistanın məntiqsiz addımları

Son zamanlar erməni KİV-də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dərc olunan müxtəlif səpkili yazıların sayı artıb. Onlarda münaqişənin həlli kontekstində regional geosiyasətin bir sıra aspektlərinə nəzər salınır. O cümlədən ermənilərin regionun böyük dövlətləri olan Rusiya, İran və Türkiyənin geosiyasi əməkdaşlığının mümkün nəticələrindən narahatlığı ifadə edilir. Vəziyyətə bir qədər geniş miqyasda yanaşdıqda, rəsmi İrəvanın növbəti dəfə çaşqın duruma düşdüyü və məntiqsiz addımlar atdığı aydın görünür. Ermənistanın siyasi dairələri artıq anlayırlar ki, münaqişənin ədalətli həllindən başqa yol yoxdur. Məsələnin bu tərəfi üzərində bir qədər ətraflı dayanmağa ehtiyac görürük.

Ərdoğanın mesajı: İrəvanın qorxulu röyası

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanla bağlı ifadə etdiyi fikirlər İrəvanda ciddi narahatlıq doğurub. R.T.Ərdoğan Ermənistanın apardığı yanlış xarici siyasətin onu bütün beynəlxalq və regional iqtisadi layihələrdən kənarda qoyduğunu vurğulayıb. Əgər İrəvan bu ruhda davam edərsə, gələcəkdə də belə olacaq. Sonda Türkiyə dövlət başçısı açıq bəyan edib: "Bizimlə dost olan qazanır, düşmən mövqe tutan isə itirir". Sübut kimi R.T.Ərdoğan Gürcüstanın regional iqtisadi və enerji layihələrindən əldə etdiyi maliyyə, iqtisadi və geosiyasi dividentləri xatırladıb.

Türkiyənin Prezidenti, təbii ki, ədalətli və obyektiv fikir ifadə edib. Onun dedikləri reallığı əks etdirir. Lakin Ermənistan siyasi dairələri nəyə görə bundan indi çox narahatdırlar? Məsələ burasındadır ki, Ermənistan KİV-i həm Rəcəb Tayyib Ərdoğanın fikirlərinə geniş yer ayırır, həm də ona cavab kimi analitika adı altında cızma-qaralar təqdim edir. Ermənilər üçün vəziyyət hansı səbəblərdən gərgindir?

Məsələyə iki tərəfdən yanaşmaq olar. Əvvəla, Cənubi Qafqazda cərəyan edən geosiyasi xarakterli proseslərin ümumi xarakteri mövqeyindən baxmaq mümkündür. İkincisi, bu regiona yaxın olan bölgələrdə müşahidə edilən geosiyasi-hərbi proseslərin ümumi məntiqi prizmasından qiymətləndirmək olar. Bu səviyyələr bir-biri ilə əlaqəlidir və faktiki olaraq qarşılıqlı təsirdə olurlar.

Regional geosiyasi dinamikada son dövrlərdə seçilən əsas məqam kimi Rusiya, Türkiyə və İran arasında geosiyasi məsələlərdə müəyyən əməkdaşlıq formatı möhkəmlənməkdədir. Doğrudur, bu, hələlik başlıca olaraq Yaxın Şərqə aiddir. Lakin hər kəsə aydındır ki, bu üç böyük dövlət gec və ya tez Cənubi Qafqazda da geosiyasi əməkdaşlıq məsələlərini danışacaqlar. Onlar problemi kənar qüvvələrin müdaxiləsi olmadan həll etməkdə maraqlıdırlar. O halda Ermənistanın kürkünə niyə birə düşdüyü aydın olur.

Çünki hər üç dövlət birmənalı olaraq münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi tərəfdarıdırlar. İran və Türkiyənin mövqeyi tam başa düşüləndir. Rusiya da rasional düşünən dövlətdir və anlayır ki, qonşuluqda yerləşən dövlətin ərazi bütövlüyünü dəstəkləməsə, öz daxilində çoxlu sayda analoji problemlə qarşılaşa bilər. Beynəlxalq qanunlar da BMT-nin hər bir üzvünün ərazi bütövlüyünün təmin edilməsini birmənalı qəbul edir. Bu səbəbdən Rusiya heç bir halda riskə getməz.

Bunları Ermənistan da anlayır və narahat olur. Paralel olaraq, özünü Avropa ilə əməkdaşlıqda maraqlı olan dövlət kimi göstərməyə çalışır. Bu baxımdan Aİ ilə müqavilənin imzalanması müəyyən mənada Rusiyaya da mesajdır - "yəni, mən Avropaya tərəf gedə bilərəm!" Təbii ki, bunlar Kreml üçün ciddi bir şey deyil. Moskva İran və Türkiyə ilə əməkdaşlığı davam etdirəcək. Bunun fonunda Ermənistan Dağlıq Qarabağ məsələsində mövqeyinin getdikcə daha da zəiflədiyini hiss edir.

Cənubi Qafqaza yaxın olan Yaxın Şərqdə baş verən hadisələrin məntiqi də rəsmi İrəvanı sıxmaqdadır. Çünki aydın görünür ki, Qərbin bütün cəhdlərinə baxmayaraq, Türkiyə həmin məkanda öz marağını sona qədər müdafiə etməkdə qərarlıdır. Ankara terrorla mübarizəni getdikcə daha da gücləndirir və uğurlar əldə edir. Memhetcik artıq Suriya və İraqda sülhü qoruyur. Türk ordusu Münbic, Afrin, Kandil, Sincarda hərbi əməliyyatlar keçirməyə hazırlaşır. Türkiyə rəhbərliyi dəfələrlə bəyan edib ki, yalnız ölkənin marağına uyğun hərəkət edəcək və bu zaman kimsədən icazə almaq niyyəti yoxdur. O cümlədən prinsipial məqamlarda Vaşinqton və Moskvadan da hansısa razılıq almaqdan söhbət gedə bilməz.

Ədalətdən qaçış: erməni uydurmalarının yeni səhifəsi

Bütün bunları müşahidə edən ermənilər bilirlər ki, eyni proses Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da gedəcək. Artıq Türkiyə Prezidenti məsələni birbaşa Vladimir Putinlə müzakirə edir. Ona görə də Ermənistan ortaya yeni-yeni təxribatlar atmağa cəhd edir. Onun bir neçə əlaməti artıq özünü göstərməkdədir.

Birincisi, xarici işlər nazirlərinin Vyanada nəzərdə tutulan görüşü ərəfəsi müəyyən provakativ fikirlər ortaya atırlar ki, heç bir razılıq olmasın. Bunun üçün ənənəvi olaraq Azərbaycana qarşı qarayaxma kampaniyası aparırlar. Yaxud Avropanın Azərbaycan və Türkiyəni sıxışdıracağından bəhs edirlər. Məlumdur ki, ATƏT-in Vyana tədbirində strateji xarakterli və təhlükəsizliklə bağlı məsələlər müzakirə ediləcək. Bu kontekstdə ermənilər vəziyyəti belə təqdim edirlər ki, guya orada Dağlıq Qarabağda status-kvonun saxlanması, sərhədlərdə monitorinqin güclənməsi və sabitliyin təmin edilməsi qərarı alına, yəni faktiki olaraq münaqişə dondurula bilər. Həm də bu ssenariyə guya Türkiyə və Azərbaycan da razıdırlar. Çünki başqa "əlacları qalmayıb" (bax: məs., Наира Айрумян. Армянской стороне не хватило риска / "Lragir.am", 4 dekabr 2017).

İkincisi, İran və Rusiya ilə bağlı Dağlıq Qarabağ kontekstində həqiqətdən uzaq olan informasiyaları dövriyyəyə buraxmağa çalışırlar. Məsələn, İranın faktiki olaraq "Arsaxı tanıdığı" haqqında cəfəng tezis irəli sürülür (bax: Акоп Бадалян. Иран фактически признал Арцах / "Lragir.am", 5 dekabr 2017). Arqument kimi İranın bir nəşrində Dağlıq Qarabağdakı separatçı, terrorçu, qondarma qurumun "rəsmi təmsilçisi" kimi özünü təqdim edən birisinin müsahibəsinin dərc olunması göstərilir.

Təbii ki, İran kimi müsəlman ölkəsinin və qonşumuzun KİV-ində Azərbaycanda terror törətmiş, separatçılıqla məşğul olan dairələrin nümayəndəsinin müsahibəsinin dərc olunması arzu olunan və qəbul edilən deyil. Ancaq bu, heç bir halda Tehranın Dağlıq Qarabağdakı qondarma və qanunsuz qurumu tanıması anlamına da gəlməz. Deməli, Ermənistan siyasi dairələri Azərbaycanla İran arasında problem yaratmağa çalışır. Əlbəttə, bu cür təxribatlara nə Bakı, nə də Tehran uyan deyil.

Rusiya ilə əlaqəli isə erməni ekspertlər uydurma tezislər ortaya atırlar. Onlar Rusiya-Azərbaycan əlaqələrinin getdikcə inkişaf etməsindən və Türkiyənin də Moskva ilə əməkdaşlığı genişləndirməsindən çox narahatdırlar. Rusiyanın bir sıra elektron KİV orqanında gedən verilişlərdə Ermənistanın əsl siması barədə qismən bəhs edilməsinə rəsmi İrəvanın çılğın münasibəti arxasında həmin məqamlar dayanmaqdadır.

Bütün bunların hamısı Ermənistan rəhbərlərinin məntiqsiz və çılğın hərəkətlərinin bir mühüm məsələdən qaynaqlandığını göstərir: erməni siyasi dairələri regionun böyük dövlətləri olan Türkiyə, İran və Rusiyanın geosiyasi aspektdə əməkdaşlığı getdikcə gücləndirməsindən bərk təlaşa düşüblər. Onlar müxtəlif ideoloji həmlələrlə həmin dövlətlərin bir-birinə etimadına kölgə salmağa cəhd edir, bu bağlılıqda da ənənəvi olaraq Azərbaycan amilindən yararlanmağa çalışırlar. Görünür, Vyana görüşündə nazirlərin müzakirəsi də konkret bir nəticə verməyəcək. Əslində, qlobal güclər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində çox ləng hərəkət edirlər. Əksər hallarda isə müəyyən dairələr erməni təcavüzkarlara havadarlıq edirlər.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti yuxarıda vurğulanan məqamlar işığında tam səmərəsiz görünür. Bu biabırçı vəziyyəti düzəltmək üçün Azərbaycan və Türkiyə Minsk qrupu ilə bağlı səmərələşdirici təkliflər verirlər. Ermənilərin narahat olduğu başqa bir məsələ də bununla bağlıdır. Onlar Türkiyənin heç zaman ATƏT-in Minsk qrupuna həmsədr ola bilməyəcəyi kimi məntiqsiz fikirlər söyləyirlər. Bütün bunlar bir daha göstərir ki, Ermənistan siyasi dairələri çıxılmaz vəziyyətdədirlər və buna görə də yalan və böhtan kampaniyalarını davam etdirirlər.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub