Azərbaycan Dövlət İnformasiya Agentliyi

DAĞLIQ QARABAĞIN AZƏRBAYCANLI İCMASI: “HƏR ŞEYİ” İSTƏYƏN ERMƏNİSTANDIR, AZƏRBAYCAN İSƏ YALNIZ ÖZÜNÜNKÜNÜ İSTƏYİR

Berlin, 30 oktyabr (AZƏRTAC). REGNUM informasiya agentliyi xəbər verir ki, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi İcraiyyə Komitəsinin üzvü Eyvaz Hüseynov jurnalistlərə demişdir: “Madrid prinsipləri Azərbaycanın işğal edilmiş bütün ərazilərinin mərhələlər üzrə azad edilməsini və suveren Azərbaycan dövlətinin ərazi bütövlüyünün tamamilə bərpa olunmasını, sonuncu mərhələdə Azərbaycanın Dağlıq Qarabağ regionunun iki icmadan ibarət əhalisinin daxili təyini-müqəddərat hüququnun beynəlxalq hüquq normalarına uyğun olaraq reallaşdırılmasını nəzərdə tutur”.

E.Hüseynov daha sonra demişdir: “Birinci mərhələdə Dağlıq Qarabağla həmhüdud olan beş rayonun azad edilməsi, eyni zamanda məcburi köçkünlərin öz evlərinə qaytarılması və kommunikasiyaların açılması nəzərdə tutulur; sonrakı 5 ildə və ya dəqiq qeyd ediləcək başqa müddətdə Ermənistanla həmsərhəd olan işğal edilmiş digər iki rayonun azad edilməsi planlaşdırılır. Bundan sonra 1975-ci il Helsinki Yekun Aktının prinsiplərinə əsasən, yəni BMT-nin məqsəd və prinsiplərinə, beynəlxalq hüququn müvafiq normalarına, o cümlədən dövlətlərin ərazi bütövlüyünə aid normalara uyğun olaraq (Helsinki Aktının VIII maddəsi) Dağlıq Qarabağ regionunun hüquqi statusunun müzakirə edilməsinin növbəsi çatacaqdır. Bu halda sonuncu mərhələdə, yəni Azərbaycan dövlətçiliyi çərçivəsində Dağlıq Qarabağın qəti statusunun müəyyən edilməsi prosesində vilayətin o vaxta qədər doğma diyara qayıtmış olacaq azərbaycanlı icması da fəal və bilavasitə iştirak edəcəkdir. Madrid prinsiplərinin mahiyyəti bundan ibarətdir”.

E.Hüseynovun fikrincə, beləliklə Azərbaycanın dövlət sərhədi və ərazi bütövlüyü tamamilə bərpa ediləcək, Dağlıq Qarabağın erməni və azərbaycanlı əhalisi Azərbaycan ərazi bütövlüyü çərçivəsində özünüidarə hüququnu birlikdə həyata keçirəcəkdir.

E.Hüseynov xatırlatmışdır ki, Madrid prinsiplərinin detalları mətbuatda dərc ediləndən əvvəl - 2008-ci il noyabrın 3-də Azərbaycan, Ermənistan və Rusiya prezidentləri Moskva Bəyannaməsini imzalamışlar. Həmin sənədə görə, münaqişə “beynəlxalq hüququn prinsipləri və normaları, bu çərçivədə qəbul edilmiş qərarlar və sənədlər əsasında” həll edilməlidir. E.Hüseynov demişdir: “Gəlin Ermənistan-Azərbaycan münaqişəsi barədə beynəlxalq hüquq normaları çərçivəsində məhz hansı qərarların və sənədlərin qəbul edildiyini yada salaq. Bunlar, ilk növbədə, BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) nömrəli qətnamələri, AŞPA-nın 1416 (2005) nömrəli Qətnaməsi, BMT Baş Məclisinin A/RES/62/243 (2008) nömrəli Qətnaməsi və başqa sənədlərdir. Əlbəttə, bununla əlaqədar Aİ üzvü olan ölkələrin parlamentlərinin, müxtəlif beynəlxalq təşkilatların qəbul etdiyi, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən çoxsaylı qətnamələri də xatırlatmaq olar. Qətnamələrin və qərarların mətnləri ilə tanış olmaq çətin deyil, onlara açıq mənbələrdə müraciət etmək olar. Eyni zamanda, Dağlıq Qarabağın Azərbaycandan ayrılmasının, yaxud onun əhalisinin təyini-müqəddərat hüququnun dövlətimizin ərazi bütövlüyünün ziyanına olaraq reallaşdırılmasının mümkünlüyünə uzaqdan-uzağa da olsa, eyham vurulan heç bir sənəd yoxdur (və yəqin ki, gələcəkdə də bu cür sənəd yaranmayacaqdır). Heç bir sənəd! - əlbəttə, Yerevanda yuxarıda adları çəkilən qətnamələrə "hüquqi cavab" kimi istinad etməyi xoşladıqları kəmsavadlıq nümunəsini - qondarma "DQR"-in qondarma "konstitusiyasını" nəzərə almasaq!”.

Dağlıq Qarabağın Azərbaycanlı icmasının İcraiyyə Komitəsinin üzvü vurğulamışdır: “Dağlıq Qarabağın Azərbaycandan ayrılmasının mümkünlüyü məsələsinə də səsvermə yolu ilə baxılmayacaqdır, çünki bu, əvvələn, Madrid prinsplərində dəqiq göstərilmiş ərazi bütövlüyü prinsipinə, ikincisi, Madrid prinsiplərində bu münaqişənin tənzimlənməsi üçün hüquqi əsas kimi qəbul edilmiş Helsinki Aktına zidd olardı”.

Məlum olduğu kimi, münaqişənin dinc yolla tənzimlənməsi planı zor tətbiq edilməməsi ilə yanaşı, həm də ərazi bütövlüyü prinsipinə və öz müqəddəratını təyin etmək hüququna riayət edilməsini nəzərdə tutur. Bununla əlaqədar, E.Hüseynov demişdir: “Təyini-müqəddəratın müxtəlif formaları, o cümlədən daxili təyini-müqəddərat olur, ərazi bütövlüyünün isə müxtəlif növləri olmur - o, ya var, ya da yoxdur! Müəyyən hüdudları olan təyini-müqəddəratdan fərqli olaraq, ərazi bütövlüyünün heç bir variasiyası yoxdur. Buna görə də bizim icma Madrid prinsiplərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimləməsi üçün, ərazi bütövlüyü çərçivəsində daxili təyini-müqəddərat formasında hər iki prinsipin uyğunlaşdırılması üçün gözəl imkanlar yaratdığını nəzərə alaraq, böyük ruh yüksəkliyi ilə bu prinsipləri əsas sənəd kimi qəbul etmişdir”.

E.Hüseynov qaçqınların və məcburi köçkünlərin öz yerlərinə qaytarılması məsələsinə toxunaraq, aşağıdakı məqamları vurğulamışdır: “Bu diyarın qəti statusu məsələsinin müzakirəsi başlanana qədər əvvəlcə 5, sonra 2 həmhüdud rayonun işğaldan azad edilməsi və bizim insanların doğma Dağlıq Qarabağa qayıtması danışıqsız və heç bir ilkin şərt irəli sürülmədən həll edilməlidir. Bu, Azərbaycan hökumətinin rəsmi mövqeyidir və bizim icma bu mövqeyi tamamilə dəstəkləyir. Erməni qaçqınların Azərbaycana, azərbaycanlı qaçqınların isə müvafiq surətdə Ermənistana qaytarılması məsələsi növbəti mərhələlərdə, Ermənistan-Azərbaycan münaqişəsinin Qarabağ seqmenti həll ediləndən sonra danışıqların mövzusu ola bilər. Lakin bundan əvvəl, ondan əsla asılı olmayan və onunla bağlı olmayan məsələ - bizim icmanın Dağlıq Qarabağa qayıtması məsələsi həll edilməlidir. Çıxış nöqtəsi budur. Əgər ermənilər bu bölgədə yaşayırsa, biz nə üçün orada yaşamamlıyıq? - bunun üçün heç bir səbəb görmürük. Dağlıq Qarabağ 1828-ci il Türkmənçay müqaviləsinin 15-ci maddəsinin şərtlərinə əsasən bu diyara köçürülmüş İran ermənilərinin xələfləri olan Qarabağ erməniləri üçün vətən olduğu kimi, bizim üçün də vətəndir [1]. Azərbaycanlı icması Dağlıq Qarabağ əhalisinin bərabərhüquqlu tərkib hissəsidir. Bu prosesdə bizim bilavasitə iştirakımız olmasa, Dağlıq Qarabağın statusu haqqında məsələnin müzakirələrinin heç biri legitim hesab edilməyəckdir. Özü də bu iştirak uzaqdan-uzağa, qiyabi şəkildə deyil, bilavasitə həmin yerdə olmalıdır. Əks halda Dağlıq Qarabağın taleyinin bu cür birtərəfli müəyyən edilməsi öz legitimliyinə görə 1991-ci ildə keçirilmiş “referendum” oyunbazlığından heç nə ilə fərqlənməyəcək və təbii ki, heç kəs tərəfindən tanınmayacaqdır”.

E.Hüseynov xüsusi vurğulamışdır ki, qaçqınların taleyi, onların məruz qaldığı iztirablar və məhrumiyyətlər Dağlıq Qarabağın Azərbaycanlı icmasının taleyinə yaxın olsa da, qaçqınlar kateqoriyası daxili köçkünlərlə bağlı olmayan, tamamilə fərqli hüquqi kateqoriyadır.

E.Hüseynov jurnalistləri əmin etmişdir: “Bizim icma Azərbaycan hökumətinin Ermənistan rəhbərliyinə müraciətlə danışıqlarda konstruktivlik göstərmək və səmərəsiz maksimalizmdən əl çəkmək çağırışına qoşulur. Azərbaycanın “hər şeyi” əldə etmək istəməsi barədə Emənistan prezidenti Serj Sarkisyanın sözləri yalnız təəccüb doğurur. Azərbaycan “hər şeyi” istəmir, o, yalnız bütün dünya birliyi tərəfindən onun “özününkü” kimi qəbul edilənləri istəyir. Bakı danışıqlarda Ermənistanın Zəngəzur, Şərqi Göyçə, İrəvan, Karvansara, Zəngibasar, Vedibasar və digər vilayətlərinin Azərbaycana verilməsi barədə tələblər irəli sürmür. Azərbaycan bunları tələb etmir, hərçənd, əgər o da Ermənistanın istifadə etdiyi vasitələri və metodları rəhbər tutsaydı, bu cür tələblər irəli sürə bilərdi. Azərbaycana “hər şey” lazım deyil, lakin eyni zamanda o, öz qanuni hüquqlarını heç kimə verməyə hazırlaşmır və heç bir halda verməyəcəkdir”.

Daha sonra E.Hüseynov xatırlatmışdır ki, bu gün Ermənistanda çoxları sovet illərində müəyyən edilmiş Ermənsitan-Azərbaycan sərhədindən razı deyil. O demişdir: “Yaxşı, fərz edək ki, belədir. Lakin Azərbaycanda da elə həmin sərhəddən o qədər də xoşhal olmayanlar çoxdur. Hər iki tərəfi tam qane edən ideal sərhəd fikirləşib tapmaq qeyri-mümkündür. Bu, fantastika aləmindəndir! Ermənistan və Azərbaycan ada-dövlətlər deyil, onların bir-biri ilə sərhədi olmalıdır. Bu gün ya tərəflərdən biri tam qane edilənə və digəri qovulub çıxarılana (qırılana) qədər sərhədi geri-irəli hərəkət etdirməklə sonu bilinməyən müddətə “buynuzlaşmaq”, ya da SSRİ dövründə müəyyən edilmiş və bütün dünya tərəfindən tanınmış sərhədlə barışmaq və bu sərhəd daxilində yaşamaqda davam etməklə, gələcəyə, Avropaya inteqrasiyaya, sivilizasiyaya istiqamətlənmək olar. Azərbaycanlılar siyasi müdriklik nümayiş etdirərək, vaxtilə Azərbaycan İnqilab Komitəsi tərəfindən erməni bolşeviklərinə bəxşiş edilmiş Zəngəzur və Azərbaycanın digər torpaqları barədə incikliyi “udaraq”, sərhədi olduğu kimi qəbul etmişlər. Azərbaycanlılar öz əcdadlarının itirilmiş torpaqları barədə niskili “arxivə göndərmiş” və gələcəyə üz tutmuşlar. Ermənistanda isə görünür, bu cür mərdanə addım atmağı bacarmırlar, buna görə də onlar uzun müddət öz keçmişlərində ilişib qalmışlar”.

Daha sonra Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi İcraiyyə Komitəsinin üzvü Ermənistan prezidentinin son bəyanatını kəskin tənqid etmişdir: “Bu gün prezident Sarkisyan özünü qonşunun tövləsinə soxularaq, oradan iki inək oğurlamış, sonra isə "insaflı", “ədalətli qərar” qəbul edilməsini, yəni bu inəklərdən birini qaytarmaq müqabilində ikinci inək barəsində onun hüquqlarının tanınmasını təklif edən fermer kimi aparır. Əgər Ermənistan Azərbaycan ərazisinin bir hissəsini ondan qoparmağa çalışırsa və bunun müqabilində Ermənistan özünün beynəlxalq aləmdə tanınmış ərazisinin hansı hissəsini Azərbaycana verməyə hazır olduğunu bildirərsə, Bakıda Yerevanın həmin təklifini dinləməyə şad olarlar. Axı söhbət birtərəfli güzəştlərdən deyil, qarşılıqlı güzəştlərdən gedir. Elə deyilmi? Biz Ermənistanın məsələyə bu cür yanaşmağa hazır olmasına şübhə edirik. Buna görə də “hər şeyi” əldə etmək istəyən yəqin ki, Sarkisyandır - o istəyir ki, həm Dağlıq Qarabağı Azərbaycandan qoparsınlar, həm Ermənistana toxunan olmasın, həm Laçın yolu ümumi istifadəyə verilsin, həm də Mehri yolu yalnız Ermənistanın sərəncamında qalsın. Bunun isə bir adı var - maksimalizm və birtərəfli qaydada “hər şeyi” əldə etmək arzusu”.

Sonda E.Hüseynov son vaxtlar Ermənistan kütləvi informasiya vasitələrində peyda olmuş, münaqişənin “qərarlaşmış reallıqlar” əsasında həll edilməsinin zəruri olması barədə tezisi alt-üst etmişdir. E.Hüseynov demişdir: “Bu nə cəfəngiyyatdır?! “Qərarlaşmış reallıqları” necə rəhbər tutmaq olar ki, həmin reallıqlar özü qeyri-legitim hərəkətlərin - xarici təcavüzün və işğalın nəticəsidir?! Təsəvvür edin ki, bütün Avropanı işğal etmiş və Moskvaya lap yaxınlaşmış Hitler birdən-birə “qərarlaşmış reallıqlar” əsasında müttəfiqlərə sülh təklif edir. Axı, Madrid prinsipləri zor işlədilməsini legitimlik çərçivəsindən çıxarırsa, deməli, retrospektiv ölçüdə zor tətbiq edilməsinin yekunu da, məhz Dağlıq Qarabağın güclə Bakının nəzarətindən çıxarılması və Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazisinin Ermənistan tərəfindən işğal edilməsi də eyni dərəcədə qeyri-legitim hesab edilməlidir. Əgər zor işlədilməsi yolverilməzdirsə, onda əvvəllər zor tətbiq edilməsinin nəticəsi də qeyri-legitim hesab edilməlidir, bu isə məhz son vaxtlar Ermənistanda “qərarlaşmış reallıqlar” deyilən vəziyyətdir. Əgər Yerevan bu gün “qalib gəlmiş tərəf” mövqeyindən danışmağa çalışırsa, o, özünün bu mövqeyi ilə faktiki olaraq Bakını qisas almağa sövq edir və status-kvonun Azərbaycan tərəfindən zorakı yolla hər hansı şəkildə dəyişdirilməsinə bəraət qazandırmış olur. Bu halda həm qalib gələn tərəf dəyişə bilər, həm də “reallıqlar” özü başqa istiqamətdə yeniləşə bilər. Buna görə də Yerevan Azərbaycanla hansı dildə - hüquq dilində, yoxsa “reallıqlar” dilində danışmaq məsələsini özü üçün həll etməlidir. Azərbaycan istənilən dildə danışmağa hazırdır”.

Qeyd:

[1] Bax: А.С.Грибоедов, «Записка о переселении армян из Персии в наши области»,

http://feb-web.ru/feb/griboed/texts/piks3/3_4_v3.htm

С.Н.Глинка, «Описание переселения армян аддербиджанских в пределы России, с кратким предварительным изложением исторических времен Армении» (Москва, 1831), http://www.libex.ru/detail/book166843.html

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib