Daha bir Afrika ölkəsində - Qabonda hərbi çevriliş baş verib
Bakı, 30 avqust, AZƏRTAC
Mərkəzi Afrika ölkəsi olan Qabonda bir qrup yüksəkrütbəli hərbçi tərəfindən dövlət çevrilişi edilib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu ölkənin dövlət başçısı Əli Bonqonun üçüncü dəfə prezident seçkilərində qalib gəlməsindən dərhal sonra hərbçilərdən ibarət qrup onun prezidentliyini tanımadığı və bütün hakimiyyəti öz əllərinə aldığını bəyan edib. “Gabon-24” telekanalında çıxış edən hərbçinin bəyanatına hökumətdən cavab gəlməyib. Hərbçilər bildiriblər ki, hökumətin, parlamentin, seçki komissiyasının fəaliyyəti qadağan edilir.
Bu, 2020-ci ildən bəri Qabonda baş vermiş səkkizinci çevrilişdir. Bundan əvvəl Mali, Burkina-Faso, Çad və Nigerdə də hərbi çevrilişlər olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [22:08]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]