Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dahinin dühasından doğan müasir Azərbaycan...

Dahinin dühasından doğan müasir Azərbaycan...

“...Xalq mənim gücüm, inamım, arxamdır, ömrümün sonuna qədər xalqıma, millətimə, doğma vətənim Azərbaycana sədaqətlə xidmət edəcəyəm....”

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

“...Məhz 1993-2003-cü illərdə qoyulmuş möhkəm təməl, başlanmış islahatlar, irəli sürülmüş təşəbbüslər bugünkü reallığı mümkün edibdir...”

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti,

Müzəffər Ali Baş Komandan

Bakı, 10 may, AZƏRTAC

Hər il olduğu kimi, bu il də Fəxri xiyabanda izdiham müşahidə olunur, prokurorluq, o cümlədən hərbi prokurorluq əməkdaşları da Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Fəxri xiyabanı ziyarət edib, nəhəng tarixi şəxsiyyətin ruhuna ehtiramlarını ifadə etdilər. Bu, əsl xalq sevgisidir və bu sevgi Ümummilli Liderin milləti və dövləti qarşısındakı misilsiz xidmətlərindən yaranmışdır. Müasir Azərbaycan məhz dahi Heydər Əliyevin dühasından doğmuşdur. Belə ki, müstəqilliyimizin ilk illərində siyasi çəkişmələr ölkə həyatını iflic edir, müharibə şəraitində olan, işğala məruz qalan dövlətdə vahid komandanlığa tabe olan ordu olmadığından silahlı qüvvələr ayrı-ayrı şəxslərin əlində alətə çevrilir, iqtisadiyyat tənəzzülə uğrayır, respublikada vətəndaş həmrəyliyi pozulur, hətta ölkədə “qardaş qanı” axıdılır və vəziyyət Azərbaycan Xalq Cümhuriyyətinin acı taleyinin təkrarlanması, ikinci dəfə qazanılan müstəqilliyin də itirilməsi təhlükəsi həddinə çatır. Belə bir olduqca acınacaqlı vəziyyətdə dövlətçilik ənənələrinə böyük önəm verən və nicatın onda olmasına əmin olan xalq, doğru seçim edərək özünün sınanmış rəhbərini - Ümummilli Lider Heydər Əliyevi israrlı tələblə müstəqil Azərbaycanın rəhbərliyinə dəvət edir.

Bu fikirlər Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mətbuat xidmətinin rəhbəri, Baş ədliyyə müşaviri, prokurorluğun fəxri işçisi, hüquq üzrə magistr Firad Əliyevin “Dahinin dühasından doğan müasir Azərbaycan...” adlı məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Azərbaycanı və xalqını özündən çox sevən Ulu Öndər bütün təhlükələri gözaltına almaqla, heç birinə məhəl qoymadan xalqın çağırışını qəbul edərək, 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəlir və iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilir. Bir müddət sonra Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayan dünyaşöhrətli siyasətçi Heydər Əliyev, 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilir. Hər bir Azərbaycanlı bilir ki, ölkəmizin müasir tarixinin həlledici dönüş nöqtəsi hesab edilən həmin anda dünyaşöhrətli siyasətçi, böyük tarixi şəxsiyyət hakimiyyətə gəlməsəydi, nəinki bugünkü qüdrətli Azərbaycan olmazdı, ümumiyyətlə onun mövcudluğu sual altında ola bilərdi.

Dahi Lider ölkəni böhran vəziyyətindən, müstəqilliyini itirmək təhlükəsindən xilas etmək üçün müdrik siyasəti ilə qısa müddət ərzində vətəndaş qarşıdurmasının və müharibənin dayandırılmasına nail olmaqla, Azərbaycanda sabitliyin bərpasını təmin edir ki, bu da genişmiqyaslı islahatların başlanmasına rəvac verir. Beləliklə də, ölkəsini olduqca ağır vəziyyətdən yüksək məharətlə çıxarmış Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkədə bütün sahələrdə hərtərəfli islahatlar həyata keçirilməyə başlanılır. Məlum olduğu kimi, Ulu Öndərin ikinci dəfə respublikamıza rəhbərliyinin ilk illərində ölkəmiz vətəndaş müharibəsindən yenicə qurtulmuş, atəşkəs rejimini təzəcə əldə etmiş ölkə olduğundan, həmin dövrdə investorları Azərbaycana sərmayə qoymaq üçün həvəsləndirmək, onların etimadını qazanmaq həddindən artıq çətin, demək olar ki, mümkünsüz bir məsələ idi. Bununla belə, peşəkar siyasətçi 1994-cü ilin sentyabrında ölkəmizin qüdrətlənməsində mühüm əhəmiyyəti olan, Azərbaycanın Dövlət Neft Şirkəti ilə dünyanın 11 böyük neft şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlarının istifadə edilməsi barədə “Əsrin müqaviləsi” kimi möhtəşəm bir müqavilənin bağlanılmasına müvəffəq oldu. Sözsüz ki, Azərbaycan neftinin dünya bazarlarına çıxmasında müstəsna rolu olan Bakı-Tibilisi-Ceyhan neft kəmərinin təməlinin qoyulması, Azərbaycanı dünyada böyük qaz potensialına malik olan bir dövlət kimi tanıdan “Şahdəniz” layihəsinin, həmçinin “İpək Yolu” layihəsinin reallaşması da bu dahi şəxsiyyətin xidmətləri idi. Xüsusi vurğulamaq lazımdır ki, türk dünyasının bir-biri ilə, eləcə də bütün dünya ilə birləşdirilməsinə xidmət edən, eyni zamanda, məqsədi Orta Asiya və Qafqaz ölkələrinin dünya iqtisadiyyatına fəal qoşulmasını təmin etməkdən ibarət olan tarixi “İpək Yolu” layihəsinin reallaşdırılmasında Bakı-Tbilisi-Ceyhan boru xəttinin mühüm əhəmiyyətini nəzərə alan aqil Lider, bu səbəbdən əvvəlcə bütün qüvvəsini həmin xətt layihəsinə yönəldib. Tarix onun növbəti uzaqgörənliyini təsdiq etdi və göstərdi ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru xəttinin, Şərq-Qərb nəqliyyat dəhlizinin, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası və qədim “İpək Yolu”nun bərpası Ulu Öndər Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının qüdrətlənməsinə yönələn müdrik siyasəti olmaqla bərabər, həm də türk dünyasının birləşdirilməsinə hesablanıb.

Xalqı və dövləti qarşısında misilsiz xidmətləri olan, müstəqilliyimizin müəllifi və müasir dövlətimizin memarı Ulu Öndər Heydər Əliyevin milləti qarşısındakı ən böyük xidmətlərindən biri də, Azərbaycanın gələcək taleyində müstəsna rolu olan, Vətənin və vətəndaşların maraqlarını hər şeydən uca tutan cənab İlham Əliyev kimi bütün ali insani keyfiyyətlərə malik böyük tarixi şəxsiyyət və müdrik rəhbər hazırlaması olub. Bu ondan irəli gəlirdi ki, Azərbaycanı canından çox sevən uzaqgörən insanı ölkəsinin təkcə özünün rəhbərlik etdiyi dövr üçün deyil, ondan sonrakı taleyi də düşündürürdü. 2003-cü ildə səhhətində ciddi problemlər yaranan vaxtlarda belə öz sağlamlığını deyil, xalqının və Vətəninin firavan gələcəyini fikirləşən böyük qəlbli şəxsiyyət Heydər Əliyev ictimai rəyə və ümumxalq mövqeyinə əsaslanmaqla Azərbaycan xalqına müraciət edərkən cənab İlham Əliyevi ondan sonra Respublikaya rəhbərlik etməyə qadir lider kimi gördüyünü bildirib. Ölkəmizin taleyinin həlledici məqamlarında hər zaman olduğu kimi, yenə də Ulu Öndər Heydər Əliyevin müdrik məsləhətinin intizarında olan xalq məhz sonsuz inam bəslədiyi rəhbərin millətinin və dövlətinin gələcəyini düşünməklə verdiyi çox dəyərli tövsiyəsindən bəhrələnərək düzgün seçim etməklə, bu gün bənzərsiz fəaliyyəti digər dövlət başçılarına örnək olan cənab İlham Əliyevi özünə Prezident seçir. Bundan sonra Ulu Öndərin sürətli iqtisadi inkişaf konsepsiyasını uğurla davam etdirən Prezidentin rəhbərliyi ilə Azərbaycanda nəhəng transmilli energetika və nəqliyyat layihələri həyata keçirilir, həmçinin iqtisadiyyatımızın daha da güclənməsinə xidmət edən digər əhəmiyyətli işlər görülür, tərəqqinin davamlılığı təmin olunur. Belə ki, 2006-cı ildə Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəməri istifadəyə verilib. Bundan başqa, 2018-ci ildə Avropanın enerji təhlükəsizliyinin, həmçinin Azərbaycanın perspektiv inkişafının və iqtisadi maraqlarının təmin edilməsində mühüm rol oynayan Cənub Qaz Dəhlizinin və onun tərkib hissəsi olan TANAP boru kəmərinin Bakıda rəsmi açılış mərasimləri keçirilib. Bundan əlavə, 1994-cü il sentyabrın 20-də Bakıda imzalanmış "Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş"in müddəti 2017-ci ilin sentyabrın 14-də yeni, ölkəmiz üçün daha əlverişli şərtlərlə 2050-ci ilə qədər uzadılıb, bu isə Azərbaycanda bundan sonra da uzun illər neftin hasilat səviyyəsinin sabit qalmasına, neft sektoruna xarici investisiya qoyuluşunun təmin olunmasına zəmin yaradıb.

Xüsusi vurğulamaq lazımdır ki, praqmatik Lider İlham Əliyevin yürütdüyü son dərəcə təmkinli və balanslaşdırılmış siyasət sayəsində 12 avqust 2018-ci il tarixdə Qazaxıstanda 5 Xəzəryanı dövlət başçılarının iştirakı ilə imzalanan tarixi Aktau Konvensiyası ilə 1996-cı ildən davam edən Xəzərin hüquqi statusu ilə bağlı 22 illik danışıqlar milli maraqlarımızı qane edən sonluqla bitib və Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi birdəfəlik öz həllini tapıb. 2018-ci il oktyabrın 19-da Azərbaycan-Türkiyə qardaşlığının növbəti təzahürü olaraq birgə səylərlə reallaşdırılan, hər iki dövlətin iqtisadi inkişafına, bütövlükdə regionun tərəqqisinə böyük töhfə olan “Star” neft emalı zavodunun açılışı da neft strategiyasının uğurlarından olub. Azərbaycandan Avropa bazarlarına təbii qazı ixrac etmək üçün ən qısa və birbaşa yol kimi seçilib, Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsi də yekunlaşdırılıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə Avropa və Asiyanı birləşdirən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində də müstəsna əhəmiyyətli işlər görülüb. Belə ki, təməli 2007-ci ildə qoyulmuş Bakı–Tbilisi–Qars dəmir yolunun 2017-ci il oktyabrın 30-da Bakıda rəsmi açılışı olub. 2018-ci il sentyabrın 18-də isə yeni Ələt-Astara-İran İslam Respublikası magistral avtomobil yolunun istifadəyə verilməsi ilə Azərbaycan ərazisində “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin reallaşması üçün işlər başa çatdırılıb. Təbii ki, bu uğurlar iqtisadi islahatların siyasi islahatlarla eyni vaxtda və yüksək peşəkarlıqla aparılması nəticəsində qazanılıb.

Sevindirici və qürurvericidir ki, bütün dünyada baş verən neqativ proseslərə, o cümlədən postpandemiya dövrü olmasına, müharibədən yeni çıxmış dövlət olmağımıza rəğmən, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanın sürətli inkişaf strategiyasını dövrün tələbləri ilə uzlaşdıraraq yüksək məharətlə reallaşdıran Prezident İlham Əliyevin müdrik siyasəti və sarsılmaz Prezident-Xalq birliyinin sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik hökm sürür, mütəmadi həyata keçirilən çoxşaxəli və ardıcıl islahatlar davam etdirilir, regionların tarazlı tərəqqisi təmin olunur, həmçinin qeyri-neft sektorunun inkişafı istiqamətində kompleks stimullaşdırıcı tədbirlər həyata keçirilir və sair böyük işlər görülür. Bir sözlə hər bir istiqamət üzrə ardıcıl uğurlar əldə edilir ki, nəticədə dövlətimiz daha da qüdrətlənir və doğma Azərbaycanımız intibah dövrünü yaşayır. Dövlətimizin hərtərəfli qüdrətlənməsində və əldə olunan ardıcıl uğurlarda, eləcə də beynəlxalq əlaqələrimizin inkişaf etdirilməsində, milli-mənəvi dəyərlərimizin və mədəniyyətimizin bütün dünyaya tanıdılmasında zəngin biliklərə, dərin düşüncəyə və yüksək idarəçilik qabiliyyətinə malik, hər bir məqamda dövlət başçısının yanında olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti mühüm əhəmiyyət kəsb etməkdədir.

Bu gün Respublikamızın digər bölgələrinin sürətli tərəqqisi ilə yanaşı, vaxtilə ermənilər tərəfindən viran qoyulmuş kənd və şəhərlərimizdə sürətli abadlıq-quruculuq işləri aparılır. Həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindən olan bu proses dövlətimizin başçısının şəxsi nəzarəti ilə reallaşdırılır ki, bunun da nəticəsində Vətənin hər bir guşəsi gülüstana çevrilir. Hazırda geniş tikinti-quruculuq meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzurda dövlətimizin başçısının tapşırıqları və tövsiyələri əsasında “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması, bütün infrastrukturların yenidən qurulması, avtomobil və dəmir yollarının, elektrik, su və qaz xətlərinin çəkilməsi, hava limanlarının, tunellərin, körpülərin, müasir yaşayış komplekslərinin, məktəblərin, xəstəxanaların, su-elektrik stansiyalarının tikilməsi prosesi müvəffəqiyyətlə həyata keçirilir ki, bu da dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə Respublikamızın qüdrətini və iqtisadi gücünü sübut edən növbəti bariz nümunədir. Son dövrlər yüzlərlə azərbaycanlı ailəsinin öz dədə-baba yurdlarına qayıtmasının şahidi oluruq ki, bütün bunlar təbii olaraq hər birimizi iftixarlandırır.

Azərbaycanın taleyinə Günəş kimi bərq vuran vətənpərvər fenomen Heydər Əliyevin uzaqgörənliyi bu gün də millətimizə və dövlətimizə fayda verməkdədir. Hələ sağlığında canlı əfsanəyə çevrilmiş böyük dövlət xadimi Heydər Əliyevin mütərəqqi ideyaları onları hər zaman fəaliyyətində rəhbər tutan Prezident İlham Əliyevin yürütdüyü mükəmməl siyasətdə yaşayır və dövrün tələblərinə uyğun uğurla həyata keçirilir ki, bu da dövlətimizin daha da qüdrətlənməsini və xalqın rifahının hərtərəfli yaxşılaşmasını şərtləndirir.

Bütün bunlar isə qəti əminliklə onu deməyə əsas verir ki, nə qədər Azərbaycan dövləti və milləti var dünya miqyaslı böyük tarixi şəxsiyyət Heydər Əliyevin parlaq siması qədirbilən insanların qəlbində hər zaman yaşayacaq, onun əziz və unudulmaz xatirəsi həmişə yüksək ehtiramla yad ediləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 sentyabr

27 Sentyabr Azərbaycan xalqının yaddaşında milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

“44 gündə yazılan şanlı tarix” - Bolnisidəki soydaşlarımız şəhidləri anıblar

Lerikdə zəlzələ olub

Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət edib

Zəfər yürüşünün başladığı məkanda şəhidlərin xatirəsi anılıb

Türkiyə XİN: “Bir millət, iki dövlət” şüarı ilə qardaş Azərbaycanın yanındayıq

Gürcüstanın Baş naziri: Azərbaycan hökuməti ilə bütün məsələlər dostluq şəraitində müzakirə olunur

Qazaxıstanda yeni müdafiə naziri təyin edilib

Şəhid Elvin Əlimovun anası: Oğlum uşaqlıqdan hərbçi olmaq istəyirdi

Strasburqda şəhidlərimizin xatirəsi ehtiramla anılıb

Türkiyədə Azərbaycanın qəhrəmanlarının xatirəsi yad edilir

Rusiyalı ekspert: 2020-ci il sentyabrın 27-si bütün Cənubi Qafqaz üçün dönüş tarixi oldu

Şəhidlərin xatirəsi Pekində böyük ehtiramla yad edilib

Asiya ölkələri arasında parlamentlərarası əməkdaşlıq genişləndirilir: Düşənbədə mühüm müzakirə

Azərbaycandakı dini konfessiya rəhbərləri Zəfər parkını ziyarət ediblər

Şəhid anası: Balama bənzəmək istəyən şagirdlərimlə təsəlli tapıram

Batumidə şəhidlərin xatirəsi anılıb

Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

Şəhid pilot Abbas Qasımovun anası: Mən bir oğul itirmədim, 30 illik dostumu, sirdaşımı itirdim

Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub VİDEO

Nyu-York şəhərində on minlərlə insan fırtına səbəbindən elektriksiz qalıb

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Yalçın Rəfiyev: Azərbaycan 2027-ci ildə BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi etmək niyyətindədir

Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb

27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün

Qaxda “Şəhidlər qalası” ucaldılıb VİDEO

Qaxda “Şəhidlər qalası” ucaldılıb VİDEO

Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib

Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır

“Əbədi yaşayanlar” - Marneulidə şəhidlərin xatirəsi anılıb

Naxçıvan şəhərində şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası təşkil edilib

İran Prezidenti: Məkkə Müdafiə Sazişi müsəlman birliyinə doğru müsbət addım ola bilər

Yaponiyada yağışlarla əlaqədar 740 mindən çox sakinə təxliyə olunmaları tövsiyə edilib