DAİRƏ SEÇKİ KOMİSSİYALARI 3779 NƏFƏRİN NAMİZƏDLİYİNİ QEYDƏ ALMIŞDIR
Mərkəzi Seçki Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, bələdiyyə seçkilərinə start veriləndən iyulun 26-dək seçkilərdə iştirak etmək istəyən 4401 nəfərin namizədliyi dairə seçki komissiyalarında təsdiq edilmişdir. İmza vərəqəsi almış 4374 namizəddən 3956-ı bu vərəqələri və tələb olunan digər sənədləri dairə seçki komissiyalarına (DSK) təqdim etmişdir. DSK-lar onlardan 3779 nəfərinin namizədliyini qeydə almışdır. Namizədliyi qeydə alınanların 1633 nəfəri bitərəf, qalanları isə siyasi partiyaların nümayəndələridir.
MSK-dan onu da bildirmişlər ki, bələdiyyə seçkiləri 83 dairə üzrə 604 bələdiyyədə keçiriləcəkdir. Ümumilikdə 927 dairədə 1942 bələdiyyə üzvü seçiləcəkdir. Bu seçkilərdə 809 643 seçici iştirak edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [09:12]
Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın inkişafı müzakirə olunub
- 15.10.2026 [08:46]
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
- 14.10.2026 [19:29]
Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib
- 14.10.2026 [18:20]