Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədri Şirvanda vətəndaşlarla görüşəcək
Bakı, 26 fevral, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova fevralın 27-də Şirvan Ərazi İdarəsində (Ünvan: Şirvan şəhəri, Heydər Əliyev prospekti, 20) Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan rayonlarından və Şirvan şəhərindən olan vətəndaşlarla görüşəcək.
AZƏRTAC Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, saat 11:00-dan etibarən keçiriləcək görüş zamanı vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.
Görüşdə iştirak etmək istəyənlər 055 4652368 nömrəli telefonla və ya [email protected] elektron ünvanı vasitəsilə, həmçinin qurumun 13 saylı Şirvan Ərazi İdarəsinə (telefon: 051 3899799, elektron ünvan: [email protected]) fevralın 26-dək müraciət etməklə qeydiyyatdan keçə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [11:56]
Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıb
- 30.09.2026 [11:28]
Qusarda şəhidlərin xatirəsi anılıb
- 30.09.2026 [11:03]
Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir
- 30.09.2026 [09:32]
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 30.09.2026 [09:14]
Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq
- 30.09.2026 [01:03]
Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb
- 29.09.2026 [20:54]
Cəlilabadda qədim yaşayış məskəni tapılıb
- 29.09.2026 [19:08]