Daun sindromlu uşaqlar üçün əyləncəli proqram təşkil olunub
Bakı, 7 mart, AZƏRTAC
Atəşgah Məbədi Dövlət-Tarix Memarlıq Qoruğunda “Sara Xatun Mədəni Maarifçilik”, “Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye” və “Qayğı-Sağlam Nəsil Naminə” İctimai birliklərinin təşkilatçılığı ilə “Beynəlxalq Daun Sindromlu Uşaqlar Günü” münasibətilə Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin uşaqları ilə tədbir təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Qoruqda daun sindromlu uşaqlar üçün əyləncəli proqram təşkil olunub, onlar üçün müxtəlif fəaliyyətlər üzrə master-klaslar keçirilib.
Tədbirin məqsədi daun sindromlu uşaqlara dəstək olmaq və onları cəmiyyətə inteqrasiya etməkdir.