Azərbaycan Dövlət İnformasiya Agentliyi

Davos İqtisadi Forumu: uğurlar, vəzifələr və perspektivlər

Davos İqtisadi Forumu: uğurlar, vəzifələr və perspektivlər

Bakı, 26 yanvar, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin Davos Dünya İqtisadi Forumunda növbəti dəfə fəal iştirakı, onun tribunasında səsləndirdiyi məzmunlu çıxışları, nüfuzlu KİV-lərə müsahibələri, milli maraqlara xidmət edən çoxsaylı görüşləri ölkə ictimaiyyətinin, eləcə də elmi dairələrin geniş marağına səbəb olub. AZƏRTAC bununla bağlı Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzovun qeydlərini təqdim edir.

Müasir şəraitdə qlobal miqyasda baş verən hadisələr və mövcud vəziyyət əməkdaşlığın yeni əsaslarının yaradılması üçün zəmin ola biləcək ideyaların və buna müvafiq platformanın formalaşması məqsədilə dünyanın taleyinə birbaşa təsir edən strateji problemlərin həllinə yönəlmiş müzakirələrin aktuallığı daha da artır. Belə bir qlobal arena rolunu oynayan və 1971-ci ildən ənənəvi olaraq İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu bu baxımdan mühüm əhəmiyyətə malikdir. Builki Forumun əsas mövzusunu qloballaşma və dördüncü sənaye inqilabı dönəmində hökumətlər və bu inqilabi proseslərin iştirakçıları arasında qarşılıqlı əlaqənin və təsirin optimallaşdırılması problemlərinin araşdırılması təşkil edib. Buna görə də qlobal geosiyasət, maliyyə sistemində texnoloji və potensial struktur dəyişiklikləri imkanları, kapital bazarlarının inkişafı, elektron ticarət, rəqəmsal iqtisadiyyat, qloballaşmanın strateji nəticələri və digər mühüm məsələlər Forumun əsas mövzusu sırasında yer alıb. Eyni zamanda, dördüncü sənaye inqilabının vacib tərkib elementlərindən olan blokçeyn və kriptovalyuta kimi yeni texnologiyaların ərsəyə gəlməsində dövlətlər və fərdlər arasında əməkdaşlıq yollarının, səlahiyyət və məsuliyyət dərəcələrinin düzgün müəyyənləşdirilməsi Forum iştirakçıları tərəfindən ciddi fikir mübadiləsi obyektinə çevrilib.

Bütün bunlar göstərir ki, müasir çoxqütblü dünyamızda daha da kəskinləşmiş geosiyasi və geoiqtisadi problemlərin həlli, dördüncü sənaye inqilabı ilə bağlı problemlər, yaranmış fürsət və çağırışlar müxtəlif səpkili iş birliklərinə və müzakirələrə ehtiyac doğurur. Bu istiqamətdə real və səmərəli addımların atılmaması isə əksinə, geoiqtisadi və hətta geosiyasi böhranların daha da dərinləşməsinə gətirib çıxara bilər. Bu təhlükə yeni planetar sərhədlər şəraitində yaşayan dünyamız üçün çox real görünməkdə, bəzi məqamlarda isə hətta artıq hiss edilməkdədir. Məhz bu amil insanlar, dövlətlər, hökumətlər və şirkətlər arasında münasibətlərin yenilənməsi, yeni qlobal əməkdaşlıq mərhələsinin bərqərar olması zərurətini meydana gətirir.

Dünya İqtisadi Forumunun “Qloballaşma: Dördüncü sənaye inqilabı dövründə qlobal strukturu formalaşdırmaq” mövzusuna həsr olunması da elə bu zərurətdən irəli gəlib. Forumda aparılan müzakirələr iqtisadi-maliyyə problemlərinin mahiyyətini üzə çıxarıb ki, bunların da sırasına aşağıdakılar daxildir:

- dördüncü sənaye inqilabına xas olan struktur dəyişikliklərinin, pul-kredit və maliyyə sistemlərinin yeni texnologiyalardan və rəqəmsal valyutalardan istifadə şəraitində formalaşması aspektlərinin cəmiyyətin davamlı və uzunmüddətli rifahının yüksəldilməsi baxımından qiymətləndirilməsi;

- qlobal iqtisadi əməkdaşlığa, əqli mülkiyyətə, miqrasiyaya, rəqabətə, vergi siyasətinə, milli təhlükəsizliyə daha geniş zəmanət verən institusional islahatlara dair qlobal dialoqun aparılması;

- geosiyasi problemlərin iqtisadiyyat üçün yaratdığı əngəllər;

- dövlət xidmətlərinin avtomatlaşdırılması potensialı və yolları;

- bərabərlik, rifah, səhiyyə və təhsilə istiqamətlənən dayanıqlı inkişaf modelləri;

- rəqəmsal valyutaların tətbiqinin üstünlükləri və doğurduğu fəsadlar, habelə rəqəmsal valyutaların şəffaflıq və hesabatlılıqla əlaqələri;

- rəqəmsal valyuta növlərinin tətbiqi ilə əlaqədar mərkəzləşdirilməmiş ödəmə sisteminin tətbiqi dövrünün doğura biləcəyi məsələlər;

- rəqəmsal valyutalar tətbiq edilərkən pul-kredit siyasətinin işlənmə mexanizmi;

- yeni ödəmələr sistemi şəraitində dünya ticarətinin özəllikləri.

Bununla yanaşı, Davos Forumunda gələcəyin istehlakı, energetikası, ərzaq sistemi, beynəlxalq ticarət və investisiyalar kimi daha konkret məsələlər də Forum iştirakçılarının diqqət mərkəzində olub.

Onu da qeyd etmək yerinə düşər ki, Forum iştirakçılarının fikrincə, gələcəkdə də problemlər çoxtərəfli iştirakı əsas götürən dialoq yolu ilə çözülməli, qloballaşma regional və milli problemləri nəzərə almalı, onlara cavab verməlidir. Çoxtərəfli əməkdaşlığa əsaslanan beynəlxalq tənzimləmə yaxşılaşdırılmalı, qlobal problemlərin həllində biznesin, hökumətlərin və vətəndaş cəmiyyətinin səyləri birləşdirilməli, qlobal inkişaf hərtərəfli və davamlı olmalıdır.

Diqqət çəkən əsas məqamlardan biri də budur ki, öz tarixi ərzində bu mötəbər tədbir yalnız iki dəfə Davosdan kənarda keçirilib. Bizim üçün çox qürurverici haldır ki, bu dünyəvi foruma ABŞ-dan başqa yalnız Azərbaycan ev sahibliyi edib. 2013-cü ildə Bakıda “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyinə dair strateji dialoq” mövzusunda keçirilmiş Dünya İqtisadi Forumu həqiqətən də bu beynəlxalq qurumun ölkəmizin iqtisadi inkişafında qazanılmış uğurlara verdiyi yüksək tarixi bir dəyər kimi qiymətləndirilə bilər. Ölkəmizə göstərilən bu yüksək etimad həm də Azərbaycan Prezidentinin Dünya İqtisadi Forumunda fəal iştirakı, maraqlı və strateji əhəmiyyət kəsb edən mülahizələrlə zəngin çıxışları, keçirdiyi çoxsaylı və yüksək səviyyəli işgüzar görüşlərin nəticəsi kimi qəbul olunmalıdır.

Əvvəlki forumlarda olduğu kimi, “Davos-2019”da da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı, müsahibələri və görüşləri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycanda uğurla həyata keçirilən islahatlar Forumda iştirak edən çox mötəbər maliyyə qurumları, dünyanın məşhur şirkət rəhbərləri və KİV təmsilçiləri tərəfindən yüksək qiymətləndirilib.

Məsələn, Dünya Bankının baş icraçı direktoru xanım Kristalina Georgiyeva dövlətimizin başçısı ilə görüşündə Prezident İlham Əliyevi ölkədə aparılan uğurlu islahatlar və Azərbaycanın Dünya Bankının “Doing Business 2019” hesabatında 32 pillə irəliləyərək 25-ci yerə yüksəlməsi münasibətilə təbrik etdi. Dünya Bankı rəsmisi bildirdi ki, bu, Dünya Bankının “Doing Business” reytinqinin tarixində ən uğurlu və böyük nailiyyətlərdən biridir. Eyni zamanda vurğulanıb ki, Azərbaycan Dünya Bankından yardım alan ölkədən qısa müddətdə donor ölkəyə çevrilib. Bu da son iyirmi ildə Azərbaycanda bütün sahələrdə həyata keçirilən islahatların nəticəsində mümkün olub.

İqtisadiyyat sahəsində qloballaşma son dövrlərdə daha geniş və sistemli xarakter alsa da, onun kökləri çox-çox əvvəllərə gedib çıxır. XIV-XIX əsrin sonlarını əhatə edən birinci qloballaşma mərhələsi dünya əmtəə bazarının və dünya ticarətinin yaranması ilə xarakterizə olunur. İqtisadi qloballaşmanın hələlik sonuncu - beşinci mərhələsi ötən əsrin 90-cı illərinin əvvəllərindən başlayır və bir sıra xarici iqtisadi əlaqələrin liberallaşması, kapitalın və istehsalın transmilliləşməsi, regional iqtisadi inteqrasiya, təsərrüfat həyatının beynəlmiləlləşdirilməsi, dövlətlərarası tənzimləmə sistemlərinin yaranması, təsərrüfat həyatının qaydalarının unifikasiyası kimi yeni xüsusiyyətlərlə səciyyələnir.

Bütün bunlar isə öz növbəsində, milli iqtisadi müstəqilliklə dünyəvi proses olan qloballaşma arasında optimal uzlaşma əldə olunmasını zəruri edir ki, bunun da bariz nümunələrindən biri kimi Azərbaycanın iqtisadi inkişaf modelini göstərmək olar. Bu mənada Azərbaycan Prezidentinin Davosda Çinin CÇTN televiziyasına müsahibəsində söylədiyi fikirlər çox böyük önəm kəsb edir:

“Düşünürəm ki, biz milli maraqlarımızın, milli kimliyimizin, müstəqilliyimizin çox güclü müdafiəsi və eyni zamanda, qeyd etdiyim ölkələrlə yaxşı iş münasibətləri arasında balansı tapa bilmişik. Qonşularımızla münasibətlər prioritetdir, çünki biz regionda yaşayırıq. Lakin, eyni zamanda, bizə daha böyük gündəlik lazımdır. Çünki Azərbaycan coğrafi nöqteyi-nəzərdən böyük ölkə deyil. Lakin regionda edə bildiklərimiz, hansı töhfələri verə biləcəyimiz nöqteyi-nəzərindən biz coğrafiyamızdan daha böyüyük”.

Daha sonra cənab İlham Əliyev ölkəmizə böyük imic qazandıran, səmimi olduğu qədər də kəsərli, şəffaf olduğu qədər də şərəfli və xeyirxah dövlət siyasətimizi belə səciyyələndirir:

“... Biz dediyimizi həmişə edirik. Onlar bilirlər ki, imzamızla sözümüz eynidir. Biz heç vaxt heç kimi məyus etməmişik. Buna görə də bu, artıq etimad məsələsidir və Azərbaycan böyük etimad qazanan ölkədir. Bayaq da qeyd etdiyim kimi, digər ölkələrlə qarşılıqlı fəaliyyətdə bizim siyasətimiz müsbət ssenariyə əsaslanır. Biz müsbət tərəfdaş, dost olmaq istəyirik. Biz imkanımız olduqda kömək etmək istəyirik. Bu kömək vasitəsilə biz çox güman ki, müəyyən çətinliklərdən fayda götürməkdən daha çoxuna nail oluruq. Buna görə düşünürəm ki, Azərbaycan artıq müstəqil xarici siyasəti olan ölkə kimi tanınır və daxili sabitlik, iqtisadi inkişaf bizə bu gücü verir. Eyni zamanda, biz hər hansı bir ölkəyə zərər vurmuruq. Biz, sadəcə, daha yaxşı münasibətlər qurmaq, daha çox iş görmək, insanlarımıza daha yaxşı şərait qurmaq istəyirik, sülh və harmoniya içində yaşamaq istəyirik”.

Eyni zamanda, qloballaşmanın təsiri dövrün yeni çağırışlarını meydana gətirməkdədir. Heç də təsadüfi deyil ki, cənab İlham Əliyev Forumda ölkəmizin öz inkişaf strategiyasını beynəlxalq və regional təmayüllər nəzərə alınmaqla yenidən qurduğunu bəyan etdi. Regional proseslərin inteqrasiyasının intensivləşdirilməsi, iqtisadi sistemlərin daha açıq olması, istənilən bazara maneəsiz daxilolma, maliyyə və ticarət əməliyyatlarının həyata keçirilməsi norma və qaydalarının universallaşdırılması, bazarlara nəzarətin və tənzimlənmənin unifikasiyası, kapitalın hərəkətinin, investisiya prosesləri və ödəmə sisteminin standartlaşdırılması zəruriliyi bu çağırışlar sırasındadır.

Dünya ticarətinin liberallaşması tendensiyasını konkret rəqəmlər də göstərir. Belə ki, əgər 1947-ci ildə idxal tarifləri dərəcələrinin orta səviyyəsi 50-60 faiz təşkil edirdisə, bu göstərici 1990-cı illərin əvvəlinə 9,6 faizə qədər azalmışdı, Dünya Ticarət Təşkilatının hədəfi isə 3 faiz təşkil edir. Nəzərə almaq lazımdır ki, yeni texnologiyalar, ilk növbədə, rəqəmsal iqtisadiyyat istehsal üsullarını dəyişməklə məhsuldarlığı və rəqabətqabiliyyətliliyi yüksəltməklə yanaşı, məhsul və xidmət bazarlarının hüdudları anlayışına təzə mahiyyət gətirir. Mütəxəssislərin hesablamalarına görə, rəqəmsal texnologiyaların emal sənayesində tətbiqi bir işçiyə düşən məhsul istehsalını 30 faiz artırmaqla bərabər, işçi qüvvəsinə çəkilən xərcləri də bir o qədər azaltmağa imkan verir. Artıq dünyada beynəlxalq əmtəə ticarətinin 12 faizi, xidmət ticarətinin isə 50 faizi internet vasitəsilə həyata keçirilir.

Müasir şəraitdə qloballaşmanın müsbət tərəflərindən bəhrələnməklə yanaşı, onun mənfi fəsadlarını mümkün qədər azaltmaq da çox önəmlidir. Bu baxımdan qloballaşmanın aşağıda göstərilən töhfələri diqqətdən kənarda qalmamalıdır:

- bütün tərəflərin maraqlarına uyğun sərbəst ticarətin mümkünlüyü;

- yeni qabaqcıl sənaye texnologiyalarının yayılması, birbaşa investisiyaların artması, transmilli şirkətlərin yaranması və ya onlarla iş birliyi;

- daxili və xarici rəqabət amillərinin düzgün tənzimlənməsinə nail olmaqla istehlakçıların mənafelərinin daha dolğun qorunması və qiymətlərin şişirdilməsinin qarşısının alınması;

-innovasiyaların tətbiqinin genişlənməsi və əmək məhsuldarlığının və məhsulun keyfiyyətinin yüksəldilməsi;

- maliyyə resurslarının səfərbər olunması;

- milli qanunvericilik sistemlərinin yaxşılaşdırılması;

- ideya və biliklərin sərbəst yayılması, dünya sivilizasiyası nailiyyətlərindən istifadə imkanı;

- beynəlxalq əmək bölgüsü və istehsal olunan məhsulun maya dəyərinin aşağı salınması;

- əhalinin rifah halının yaxşılaşdırılması.

Ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunması və dayanıqlı inkişafın təminatı baxımından qloballaşmanın aşağıda göstərilən mənfi nəticələri yolverilməzdir:

- qloballaşmanın inkişaf etməkdə olan ölkələrdən daha çox inkişaf etmiş ölkələrin mənafeyinə xidmət etməsi. BMT-nin məlumatına görə dünyanın ən zəngin 1 faiz əhalisinin payına 60 faiz kasıb əhaliyə düşən gəlirdən çox qazanc düşür. Əhalisi Yer kürəsi əhalisinin 15 faizindən də az olan Qərb ölkələri dünya resurslarının 70 faizinə sahibdirlər. UNKTAD-ın apardığı son araşdırmalar göstərir ki, 48 zəif inkişaf etmiş ölkə qeyri-tarif tədbirləri adı altında irəli sürülən süni tələblər ucbatından öz ixracatlarının 15 faizini və ya 23 milyard dollar itirirlər.

Bu baxımdan, fikrimizcə, Azərbaycan Prezidentinin konseptual xarakter kəsb edən mülahizələri dünyanın müasir çağırışlarından biri kimi yüksək dəyərə malikdir:

“... Maliyyə ehtiyatları olmayan ölkələr üçün çox çətin olur. Maliyyə ehtiyatları olmayanların daha çox təxirəsalınmaz problemləri var. Məsələn, işsizlik, gəlir əldə etmək üçün iqtisadiyyatın real sektoruna investisiya yatırmaq və bu ölkələr üçün infrastruktur layihələri prioritet deyil. Buna görə düşünürəm ki, maliyyə institutları bu məsələyə daha çox diqqət ayırmalıdırlar. Xüsusilə aparıcı beynəlxalq maliyyə institutlarını nəzərdə tuturam. Onlar on il ərzində iş yerlərinin açılmasına imkanlar yaradacaq ölkələrə infrastruktur sahəsinə investisiya yatırmağa kömək etməlidirlər”.

Qloballaşmanın digər mümkün mənfi təzahürlərini isə belə qruplaşdırmaq olar:

- ölkələrin maliyyə sferasında destabilizasiya imkanlarının və ölkə iqtisadiyyatına nəzarətin başqa əllərə keçməsi təhlükəsi;

- sosial-iqtisadi təbəqələşmənin artması;

- beynəlxalq maliyyə təşkilatlarına borcların artması;

- işsizliyin çoxalması təhlükəsi və s.

Müasir qloballaşma şəraitində Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinin qayəsini bu prosesdə daha çox sosial ədalətə nail olmaqla yanaşı, ölkəmizə qarşı siyasi və iqtisadi təzyiqə yol verilməməsi, ikili standartların fəsadlarının azaldılmasına yönəlmiş ardıcıl, cəsarətli və dərin düşünülmüş mübarizə təşkil edir.

İqtisadiyyatımızın davamlı və səmərəli inkişafı, rəqabətqabiliyyətliyin yüksəldilməsi ilə bərabər, sosial və iqtisadi innovasiyanın genişləndirilməsi, qabaqcıl informasiya və kosmik texnologiyaların tətbiqi ölkəmizi nəinki regional liderə çevirib, eyni zamanda, dünyada getdikcə şiddətlənən qlobal risklər və iqtisadi-maliyyə böhranlarına rəğmən dövlətçiliyimizin davamlı inkişafına zəmin yaradıb. Təbii ki, bu uğurun qazanılmasında Azərbaycan Prezidentinin böyük ustalıq və uzaqgörənliklə reallaşdırdığı fəal çoxvektorlu, bərabər partnyorluq prinsiplərinə əsaslanan xarici və daxili siyasəti müstəsna əhəmiyyətə malikdir. Bu siyasətin məğzini Davos Forumu çərçivəsində keçirilən “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda sessiyada Azərbaycan Prezidenti İsveç parlamentinin nümayəndəsinin sualını cavablandırarkən belə açıqlayıb:

“Mən tamamilə əminəm ki, ölkələri birləşdirən istənilən nəqliyyat layihəsinin geosiyasi əsası var. Bu layihələr geosiyasi vəziyyətə, sabitliyə, proqnozlaşdırmaya müsbət təsir göstərir. Çünki bu layihələr qarşılıqlı asılılıq yaradır. Biz qonşularımız olmadan tranzit ölkə ola bilmərik. Bizim qonşularımız onların qonşuları olmadan tranzit ölkələr ola bilməzlər. Buna görə bu, ölkələr zənciridir və bayaq dediyim kimi, biz Şərqdən Qərbə və Şimaldan Cənuba gedən yol üzərindəyik. Beləliklə, biz qitələri, ölkələri birləşdiririk və daha proqnozlaşdırıla bilən gələcək yaradırıq”.

Prezident İlham Əliyevin qloballaşma şəraitində böyük uğurlara gətirib çıxarmış və ölkəmizə iqtisadi, siyasi və sosial dividendlər qazandırmış daxili və xarici siyasətinin yüksək dəyəri həm də qloballaşdırma prosesinə xas olan bir-birinə əks universallıq və unikallıq kimi xüsusiyyətlərin uzlaşdırılmasına nail olmasıdır. Məhz unikallığı və universallığı eyni dərəcədə vacib sayaraq cənab İlham Əliyev onların hər birinin prinsipcə mümkün hesab edilə bilən mənfi nəticələrinin yaranmasına qarşı siyasət aparmaqla, bütün sahələrdə Azərbaycanın müstəqil mövqeyinin tanınmasına nail olmaqla, öz dövlət quruculuğu siyasətində ya mütləq universallıq və ya mütləq unikallıq əvəzinə optimal universallıq və optimal unikallıq yolu ilə ölkəmizi dünyada stabillik adasına, geosiyasi inteqrasiya və multikulturalizm mərkəzinə, dünyəvi tədbir və görüşlərin keçirildiyi təhlükəsiz məkanına çevirib. Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, Azərbaycanda inkişaf etmiş ölkələrlə bərabərhüquqlu və qarşılıqlı sərfəli əməkdaşlığa əsaslanan bir çox layihələr baş tutub və bu sahədə yeni-yeni addımlar atılmaqdadır.

Bir məsələni də unutmaq olmaz ki, son illər qloballaşma şəraitində mütəxəssislərin “aşağılardan qlobalizasiya” adlandırdıqları və vətəndaşların fəallığı ilə əlaqədar olan sahə də ölkəmizdə uğurla irəliləməkdədir. Turizm, o cümlədən xarici turizm, xaricdə təhsil və məşğulluq, internet ticarəti və son vaxtlar Bakıda təşkil olunan və xarici turistləri cəlb edən güzəştli ticarət tədbirləri buna misal ola bilər.

Turizm bir çox ölkələrin iqtisadiyyatının mühüm tərkib hissəsini təşkil edir. Yüksək inkişaf tempinə görə o, son yüzilliyin iqtisadi fenomeni kimi dəyərləndirilir. Dünya iqtisadiyyatında turizm yalnız neftçıxarma ilə rəqabətdədir. Hazırda dünya iqtisadiyyatında turizmdən gələn gəlir avtomobil sənayesinin gəlirlərini üstələməkdədir. Təsadüfi deyildir ki, turizm dünyada ümumi gəlirin 10 faizinə qədərini təmin edir. Bu sahə valyuta daxilolmalarının və xarici əlaqələrin genişləndirilməsinin mühüm mənbəyi kimi getdikcə daha böyük əhəmiyyət kəsb etməkdədir. Ümumdünya Turizm Təşkilatının proqnozlarına görə, 2020-ci ildə xarici turistlərin sayı 1,6 milyard nəfər, beynəlxalq turizmdən daxilolmalar isə 2 trilyon ABŞ dolları təşkil edəcək. Hər bir ölkədə turizm iqtisadiyyatın digər sahələrinin inkişafına da müsbət təsirini göstərir. Mütəxəssislərin qənaətincə, turizm iqtisadiyyatın 30-dan çox sahəsinin inkişafına şərait yaradır. Onların sırasında, ilk növbədə, nəqliyyat və rabitəni, tikintini, kənd təsərrüfatını, istehlak malları istehsalını və digərlərini göstərmək olar.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasında mühüm sosial-iqtisadi əhəmiyyət kəsb edən bir sahə kimi turizmin inkişafı dövlətin daim diqqət mərkəzindədir. Hələ 1999-cu ildə “Turizm haqqında” Azərbaycan Respublikasının Qanunu, 2002-ci ildə “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı”, 2009-cu ildə isə “2009-2018-ci illərdə Azərbaycanda kurortların inkişafı üzrə Dövlət Proqramı” qəbul edilib. Hamımız yaxşı xatırlayırıq ki, Prezident İlham Əliyev 2011-ci ili ölkəmizdə “Turizm ili” elan etmişdi. Halbuki “Böyük İyirmilik” ölkələrinin liderləri turizmin inkişafının əhəmiyyətinə dair deklarasiyanı Azərbaycandan bir neçə il sonra, 2014-cü ildə qəbul etmişdilər. Ölkəmizdə turizmin inkişafına yönəlmiş mühüm sənədlərdən biri də dövlətimizin başçısının 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “İxtisaslaşmış turizm sənayesinin inkişafının Yol Xəritəsi”dir. Bu müdrik dövlət quruculuğu siyasətinin və cəmiyyətimizin inkişafına xidmət edən iqtisadi strategiyanın bəhrəsi kimi qiymətləndirilən əhalinin real gəlirlərinin artması, milli valyutamızın digər valyutalara nisbətdə stabilliyi, paytaxtda və regionlarda yüksək səviyyəli otellərin və müalicə mərkəzlərinin istifadəyə verilməsi, yeni yolların çəkilişi, viza rejiminin sadələşdirilməsi və s. imkan verir ki, ölkəmizin turizm sahəsində də rəqabətqabiliyyətliliyi sürətlə artsın.

2017-ci ildə Azərbaycan Respublikası beynəlxalq reytinq cədvəlində ən çox irəliləyən (13 pillə) ölkə olub. Dünya Səyahətlər və Turizm Şurasının məlumatlarına görə Azərbaycan son illərdə (2010-2017-ci illər) turizmin ən yüksək templə inkişaf etdiyi ölkələrin onluğuna daxildir. Bununla belə, etiraf etmək lazımdır ki, ölkəmizin turizm sahəsində çox böyük ehtiyatlarından tam istifadə olunmur. Biz çalışmalıyıq ki, beynəlxalq turizm və ümumilikdə turizm ölkəmizin qeyri-neft sektoru sahələri arasında daha qabaqcıl mövqeyə çıxsın və ölkəmizə daha çox xarici valyuta axınını təmin etsin. Məsələn, məhsul və xidmət ixracından daxil olan ümumi valyutanın İspaniyada 18,3 faizi, Avstriyada 11,8 faiz, Yunanıstanda 33,6 faizi, Portuqaliyada 15 faizi, Kiprdə isə 53 faizi turizmin payına düşür.

Davos Forumunda ənənəvi müzakirə mövzularından olan iqtisadi və investisiya mühitinin vəziyyəti, müasir problemləri və həlli yolları bu il də diqqət mərkəzində olub. Sevindirici haldır ki, ölkəmizdə yaradılmış biznes mühitinin yüksək səviyyəsi xarici şirkət rəhbərləri tərəfindən xüsusi vurğulanır. Yanvarın 23-də Azərbaycan Prezidenti İlham Əliyevlə Davosda görüşü zamanı “Procter and Gamble Europe” şirkətinin prezidenti Loik Tassel son illərdə Azərbaycanda həyata keçirilən iqtisadi islahatların müsbət nəticələr verdiyini vurğulayaraq qeyd edib ki, ölkədə yaradılan biznes mühiti və investorlar üçün şərait başqa şirkətlər kimi, “Procter and Gamble” şirkətini də Azərbaycanda öz fəaliyyətini genişləndirməyə həvəsləndirir. O da vurğulanıb ki, Azərbaycandakı mövcud biznes mühiti bu şirkətin regional mərkəz kimi Bakını seçməsini şərtləndirib.

Öz çıxışında bu barədə ətraflı məlumat verən, təcrübəsini bölüşən Azərbaycan Prezidenti deyib:

“Hesab edirəm ki, infrastruktura investisiya qoymaq üçün neft və qaz satışından əldə etdiyimiz gəlirləri düzgün istiqamətə yönəltməyə müvəffəq olmuşuq və indi biz bununla fərəhlənə bilərik. Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən yolların keyfiyyətinə gəlincə, Azərbaycan dünyada 34-cü yerdə qərarlaşıb. Bunu biz neft və qaz satışlarından əldə etdiyimiz vəsaitlə etdik. Sonra əlbəttə ki, bu, biznes mühitinin yaradılmasına gətirib çıxardı. Çünki sizin müasir infrastrukturunuz, qazlaşdırmanız, elektrik enerjiniz, yaxşı yollarınız və magistrallarınız olduqda onda bizneslər üçün də investisiya yatırmaq daha asan olacaq. Biz bu istiqamət üzrə də işlər görmüşük. Dünya Bankının ən son “Doing Business” hesabatına əsasən Azərbaycan dünya üzrə 25-ci pillədədir və mövqeyimizi rekord göstərici olan 32 pillə yaxşılaşdırmışıq. Biz Dünya Bankının bu proqramında on ən çox islahatçı ölkələr arasındayıq”.

Həqiqətən də ölkəmiz yaradılmış investisiya mühiti ilə öyünə bilər. Bu, onunla bağlıdır ki, istər daxili, istərsə də xarici investisiyaların cəlb edilməsi üçün Azərbaycanda çox əlverişli iqtisadi, siyasi və sosial şərait yaradılıb və bu sahədə zəruri tədbirlər fasiləsiz olaraq davam etdirilməkdədir. Xarici investorlara zəmanətlərin verilməsi, pul vəsaitlərinin ölkə daxilində və ondan kənarda sərbəst hərəkəti, xarici investorların mənafelərinin qorunması, investisiya mühitini özündə ehtiva edən hüquqi bazanın təkmilləşdirilməsi və inkişafı bu qəbildən olan amillər sırasındadır.

Son dövrlərdə xüsusi diqqət yetirilən müəssisələrə optimal vergi yükünün müəyyənləşdirilməsi, kredit siyasətinin səmərəliliyinin artırılması və xarici iqtisadi siyasətin dəstəklənməsi dövlətimizin maraq dairəsinə daxil olan məsələlərdəndir. Nəzərə almaq lazımdır ki, belə pozitiv durum heç də bütün ölkələrə xas deyil. Məsələn, 2018-ci ilin üçüncü rübündə avrozonada işgüzar mühit indeksi 11,5 pillə azalaraq 19,6 təşkil edib. Ekspertlər bu sahədə vəziyyətin daha da pisləşəcəyini proqnozlaşdırırlar.

Bütün bunlarla yanaşı, Azərbaycan Prezidentinin maraq dairəsinə daxil olan məsələlərdən biri də əlamətləri artıq aydın hiss edilən dördüncü sənaye inqilabının fəal iştirakçısı kimi mövqe tutmaqdır. Bu baxımdan Prezident İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşü xüsusi əhəmiyyət kəsb edir. Görüşdə Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında əməkdaşlığın təməli qoyuldu. Bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında əməkdaşlıq sazişinin təntənəli mübadiləsi həyata keçirildi. Söhbət zamanı cənab Borge Brende Prezident İlham Əliyevi yenidən Davosda görməkdən məmnunluğunu bildirdi və dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın dördüncü sənaye inqilabına doğru qətiyyətli addımlar atdığını qeyd etdi.

Prezident İlham Əliyev Azərbaycan hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında əməkdaşlıq sazişinin vacibliyini qeyd edərək dedi ki, bu sənəd bizim tərəfdaşlıq ruhumuzu və qarşılıqlı səylərimizi davam etdirməkdə istəkli olduğumuzu nümayiş etdirir. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan dördüncü sənaye inqilabının hədəflərinin həyata keçirilməsində çox fəal iştirak edəcək. Keçən il Azərbaycanda qeyri-neft sektorunda sənaye istehsalının 9,1 faiz artdığını vurğulayan Prezident İlham Əliyev əminliklə qeyd etdi ki, biz bu vacib layihədə yaxşı tərəfdaşlar olacağıq.

Forumun ən cəlbedici müzakirə obyektlərindən biri də bu yazının əvvəlində qeyd olunduğu kimi, qabaqcıl texnologiyaların və süni intellektin üstünlüklərindən istifadə, düşünülməmiş qəfil tətbiqinin isə fəsadlarının neytrallaşdırılması təşkil edir. Artıq bir reallıqdır ki, yaxın onilliklərdə süni intellekt bir çox peşələri əvəzləyəcək. Cənab İlham Əliyevlə görüşündə “Microsoft” şirkətinin vitse-prezidenti Mişel Van Der Bel hökumətlərin və dövlətlərin süni intellekt erasına hazır olmalarının vacibliyini vurğuladı. Diqqətə çatdırdı ki, bu prosesdə hökumət nümayəndələri, elmi dairələr və biznes qurumları bir araya gəlməli, süni intellekt dövrünə transformasiya üçün lazım olan proqramlar və digər layihələr həyata keçirilməklə süni intellektə əsaslanan peşələr üzrə çalışacaq insanlar və müvafiq mühit hazırlanmalıdır. Bu da bütövlükdə informasiya texnologiyalarının inkişafı ilə mümkündür.

Öz növbəsində Prezident İlham Əliyev Azərbaycanda həyata keçirilən islahatlar, o cümlədən informasiya texnologiyalarının inkişafına və dövlət xidmətlərinin genişləndirilməsinə göstərilən dəstək haqqında məlumat verdi. Bildirdi ki, Azərbaycanda iqtisadi və sosial həyatın bütün sahələrində informasiya texnologiyalarının tətbiqi genişlənməkdədir və bu, həm də yeni iş yerlərinin yaranması ilə müşayiət olunur. Süni intellekt dövrünə hazırlıq üçün Azərbaycan hökuməti də müvafiq tədbirlər həyata keçirir.

Dördüncü sənaye inqilabı ərəfəsində süni intellektin tətbiqi ilə eyni dərəcədə önəm kəsb edən problemlərdən biri də rəqəmsal iqtisadiyyata geniş şərait yaratmaqdır. Prezident İlham Əliyevlə görüşündə “SAP SE” şirkətinin baş icraçı direktoru Bill MakDermot vurğuladı ki, Azərbaycan iqtisadiyyatındakı mövcud sabitlik və ölkənin maliyyə dayanıqlılığının güclənməsi rəqəmsal iqtisadiyyatın inkişafı üçün geniş zəmin yaradır. Eyni zamanda, rəqəmsal iqtisadiyyat iş yerlərinin böyük sürətlə artmasına imkan verir. Şirkətin baş icraçı direktoru xüsusi vurğuladı ki, rəqəmsal iqtisadiyyatın inkişafı gender bərabərliyinin təmin olunmasına da töhfə verə bilər.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı haqqında danışarkən əsas iki məqam vurğulanmalıdır. Bir tərəfdən ölkəmizdə həyata keçirilən iqtisadi islahatların və bütövlükdə aparılan dövlət quruculuğu siyasətinin digər ölkələr, beynəlxalq maliyyə qurumları və dünyanın aparıcı şirkət rəhbərləri tərəfindən yüksək dəyərləndirilməsi və qabaqcıl təcrübə kimi xarakterizə olunması, ikinci tərəfdən isə daxil olduğumuz dördüncü sənaye inqilabı dövründə ölkəmizin yeni-yeni uğurlara gətirib çıxaracaq strateji yolun müəyyənləşdirilməsi və arzuolunan nəticələrə çatmaq üçün konkret vəzifə, mərhələ və dayanıqlı iqtisadi inkişafa və insanlarımız üçün rahatlığa zəmin ola bilən düzgün təşkilati-tənzimləmə infrastrukturunun yaradılmasına dair konseptual baxışın formalaşmasının əhəmiyyəti xüsusi qeyd olunmalıdır.

Ümumiyyətlə, möhtərəm Prezidentimizin Davos Dünya İqtisadi Forumunda növbəti iştirakı, oradakı dərin məzmunlu çıxışları, müsahibələri və milli maraqlara xidmət edən işgüzar görüşləri həm dövlətimiz, həm də xarici tərəfdaşlarımız üçün böyük əhəmiyyət kəsb edən tarixi-siyasi hadisədir. Bu, öz müsbət nəticələrini çox keçmədən həm iqtisadi-sosial inkişafda, həm də beynəlxalq əlaqələrimizin daha da genişlənməsində göstərəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fidan Hacıyeva: Ardıcıl ikinci ildir ki, Azərbaycanı Vyetnamda qürurla təmsil edirəm

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO

Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir

Türkiyənin ticarət naziri proteksionizmdən imtina etməyə və azad ticarəti dəstəkləməyə çağırıb

Almaniya, Fransa və Böyük Britaniya liderləri bazar günü Londonda Ukrayna Prezidenti ilə görüşəcəklər

Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq

Millinin minifutbolçusu: Avropa çempionatında minimum hədəfimiz finala yüksəlmək idi

MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb

Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir

Millinin üzvü: Dünya çempionu olduğumuz üçün rəqiblər bizə qarşı xüsusi motivasiya ilə oynayırdılar VİDEO

Millinin üzvü: Dünya çempionu olduğumuz üçün rəqiblər bizə qarşı xüsusi motivasiya ilə oynayırdılar VİDEO

Bu saata olan əsas xəbərlər

Seçmə mərhələ: Azərbaycan millisi Macarıstana uduzub

Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb

Ekspert: BƏƏ-Azərbaycan layihələri enerji sahəsində tərəfdaşlığın inkişafı üçün möhkəm əsas yaradır

Millinin baş məşqçisi: Final oyunu çətin oldu, amma futbolçular toparlanaraq möhtəşəm çıxış etdilər VİDEO

Millinin baş məşqçisi: Final oyunu çətin oldu, amma futbolçular toparlanaraq möhtəşəm çıxış etdilər VİDEO

Uşaqlar UNEP-in icraçı direktoruna praktik ekoloji həllər təqdim etdilər

Ədirnə Biennalesində azərbaycanlı rəssamın əsərləri sərgilənir 

İşğaldan azad edilmiş ərazilərə köçürülən sakinlər məşğulluq və sosial dəstək tədbirləri ilə əhatə olunublar

Tullantıların içərisindən tapılan dəmir pullar uşaqları sevindirib

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb VİDEO

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb VİDEO

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO

Hidrogen enerjisi BƏƏ-Azərbaycan enerji tərəfdaşlığının növbəti mərhələsi ola bilər – RƏY

Yaponiya səfirliyi: ADA Universitetində keçirilən festivalda iştirak humanitar əlaqələri gücləndirir

Rusiyalı mütəxəssis: Xəzərin enməsi prosesi davam edəcək

Çin şirkətləri Azərbaycanın iqtisadi potensialı və işgüzar mühiti barədə məlumatlandırılıb

Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb

Regionlardakı təcili tibbi yardım bölmələrinə 25 yeni ambulans və reanimobil təhvil verilib

ADSEA nümayəndəsi: Xəzərin bir neçə metr aşağı düşməsi daha mürəkkəb problemlərə səbəb olacaq

® “Azercell” IV Milli Kibertəhlükəsizlik Forumunda süni intellektəsaslı həllərini təqdim edib

Azərbaycanın UFC döyüşçüsü: Mən yalnız zirvə üçün çalışıram

Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovadan

Elnur Səfərov: Dənizin səviyyəsinin azalması prosesi bizi qabaqlayır

Laçında “Yeni yaşayış məhəlləsi” salınır: layihə yüzlərlə iş yerinin yaranmasına töhfə verəcək VİDEO

Laçında “Yeni yaşayış məhəlləsi” salınır: layihə yüzlərlə iş yerinin yaranmasına töhfə verəcək VİDEO

Portuqaliya Respublikasının Prezidenti Antoniu Joze Sequrudan

Xəzər dənizində səviyyə dəyişikliklərinin səbəbləri və regional əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb

Tullantıların idarə olunması sektoru dünyada metan emissiyalarının üçüncü ən böyük mənbəyidir

ÜST-nin nümayəndəsi: İnsanlar ətraf mühit və ya iqlim dəyişikliyi onların sağlamlığına təsir göstərdiyi zaman hərəkətə keçirlər

Ukrayna PUA-ları Mariupol və Berdyansk limanlarında, həmçinin Krım sahillərində beş gəmiyə zərbə endirib

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb YENİLƏNİB VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb YENİLƏNİB VİDEO

ADA Universitetində keçirilən beynəlxalq festivalda Rusiyanın xalq sənətkarlığı təqdim olunub

Ekspert: Su səviyyəsinin 5 metr enməsi Xəzər suitilərinin çoxalma sahələrinin 57-81 faizinin itirilməsinə səbəb ola bilər

Badamdarda açıq ərazidə yanğın olub, tikililər və kommunikasiya xətləri yanğından mühafizə edilib VİDEO

Badamdarda açıq ərazidə yanğın olub, tikililər və kommunikasiya xətləri yanğından mühafizə edilib VİDEO

“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub

Misirdəki dostluq cəmiyyəti xalqlar arasında humanitar və mədəni əlaqələri daha da möhkəmləndirməyə çalışır

Qlobal neft nəhənglərinin ümumi mənfəəti 2022-ci ildən bəri ilk dəfə ikirəqəmli artım nümayiş etdirib

Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir

Britaniyada süni intellekt vasitəsilə hazırlanmış ilk vaksin insanlar üzərində sınaqdan keçirilir

Bakıxanov qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb

Coğrafiyaşünas-alim: Yüksəkriskli zonaların rəqəmsal xəritələri hazırlanmalıdır

Türkiyədən olan şəhid ailələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə Texniki Komitə yaradılıb

AQTA: Qida məhsullarının izlənilməsi təmin edilməlidir

Araz Aslanlı: Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin modernləşdirilməsi Azərbaycanın uzunmüddətli strateji baxışının nəticəsidir

Azərbaycan regional sabitlik və iqtisadi inteqrasiyanın əsas təşəbbüskarlarından biridir ŞƏRH

Yerli startapın kibermaarifləndirmə məhsulu IV Milli Kibertəhlükəsizlik Forumunda təqdim olunub - Açıqlama

Gəncədə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb

Gənc rəssam Zeynəb Babayeva: Mənim hər bir əsərim heyvanlara sevgidən irəli gəlir

“Qida təhlükəsizliyi: Gözlənilməz hallara hazırlıq” - Beynəlxalq seminar

Türk ekspert: BTQ dəmir yolu xətti regional nəqliyyat sisteminin ayrılmaz hissəsinə çevrilmiş strateji təşəbbüsdür

Nişantaşı Universitetinin professoru: Nəqliyyat marşrutları arasında Orta Dəhlizin imkanları getdikcə güclənir

® Mərkəzi Gömrük Hospitalının cərrahı III Beynəlxalq Türkdilli Ölkələrin Tibb Konqresində və Endoforum 2026-da çıxış edib

İrlandiya İsrailin iki nazirinin ölkəyə girişinə qadağa qoyub

Ədliyyə naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib

Siyəzən-Dağ Quşçu-Ərziküş yolunda bərpa işlərinə başlanılıb

Premyer Liqaya yüksələn komandanın yeni baş məşqçisi açıqlanıb

Mütəxəssis: İnsanların rifahı və iqtisadi fəaliyyəti sağlam ekosistemlərdən asılıdır

TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurası maliyyə sektorunun inkişafında daha sıx iqtisadi əməkdaşlığı təşviq edir

Mülkiyyət hüququnun təmin olunması Böyük Qayıdışın ən mühüm sütunlarından biridir RƏY

Azərbaycan investisiya cəlb edən ölkədən investor dövlətə çevrilib – ŞƏRH

Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəlib

Akademik: Süni intellekt suverenliyi yerli elmi-tədqiqat potensialını gücləndirir

Ədliyyə Nazirliyinin “881” Çağrı Mərkəzində may ayında xidmət səviyyəsi 92 faizi keçib

Azad olunmuş torpaqların su resursları ərzaq təhlükəsizliyinin zəmanətidir – ŞƏRH

Rusiya XİN Azov dənizində gəmilərə hücumlarla bağlı bəyanat verib

100 illik vəsiyyət: Səmərqənd Türkoloji Qurultayı

Qarabağın bərpası müasir şəhərsalma modelinin uğurlu nümunəsi kimi təqdim olunub

Azərbaycanın rayonlarında yağıntılı hava şəraiti iyunun 9-dək davam edəcək - XƏBƏRDARLIQ

İsmail Ermağan: BTC, TANAP və TAP Avropanın enerji təhlükəsizliyində strateji rol oynayır

Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 14 faiz artıb

Azərbaycanın enerji diplomatiyası coğrafi məhdudiyyətləri strateji üstünlüyə çevirən uğurlu modeldir – ŞƏRH

Azərbaycan avarçəkəni Avropa çempionatında iştirak edəcək

Rauf Hacıyev: Azərbaycan bundan sonra da Xəzərlə bağlı məsələlərdə dialoqu və birgə fəaliyyəti dəstəkləyəcək

ABŞ-nin Aİ-dəki səfiri Ağ Evin Qrenlandiya ilə bağlı ritorikasına önəm verməməyə çağırıb

“Güclü cəmiyyətin zərif simaları” layihəsi Xankəndidə

Rumıniya nəşri: Türkiyə TANAP modeli formatında elektrik enerji dəhlizi yaratmağı təklif edir

Kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə imtahanlara qeydiyyat başlanıb

Ağakərim Səmədzadə: Metan emissiyalarının azaldılması yalnız iqlim sahəsinə deyil, digər istiqamətlərə də fayda verir

Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əl-Sabahdan

Azərbaycanın enerji modeli böhranlar dövründə dayanıqlılıq nümunəsidir ŞƏRH

Azərbaycanın kibertəhlükəsizlik sistemində yeni mərhələ: MKA fəaliyyətə başlayır

Şəhid jurnalist Məhərrəm İbrahimovun AZƏRTAC-da xatirəsi anılıb VİDEO

Şəhid jurnalist Məhərrəm İbrahimovun AZƏRTAC-da xatirəsi anılıb VİDEO

Azərbaycanlı akrobat: Doğma azarkeşlər önündə ən yüksək nəticəni göstərməyə çalışacağıq VİDEO

Azərbaycanlı akrobat: Doğma azarkeşlər önündə ən yüksək nəticəni göstərməyə çalışacağıq VİDEO

Elektrik avtomobillərin artması sığorta bazarına necə təsir edir?

WED 2026 çərçivəsində metan emissiyalarının azaldılmasına həsr olunan tədbir təşkil edilib

Servitut: Özgəsinə məxsus torpaqdan nəqliyyat, kommunal və digər ehtiyaclar üçün istifadə imkanı

Osman Kepenek: Orta Dəhliz Azərbaycanın regional liderliyini möhkəmləndirir

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvləri TBMM-də olub

Departament rəisi: SOCAR metan emissiyalarının azaldılmasına çox ciddi yanaşır

BƏƏ politoloqu: Bakı və Əbu-Dabi ikitərəfli əməkdaşlığın yeni gündəliyini formalaşdırır

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 8,2 faiz artıb