Daxili İşlər Nazirliyi Çevik Polis Alayında vakant vəzifələrə xidmətə qəbulla bağlı müsabiqə elan edir
Bakı, 1 iyun (AZƏRTAC). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Çevik Polis Alayında vakant sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla bağlı müsabiqəyə qatılmaq üçün “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnaməyə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı olan 20-30 yaşlarında, boyu 180 santimetrdən hündür kişiləri və 170 santimetrdən hündür qadınları dəvət edir.
Daxili İşlər Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılacaqdır. Müsabiqə test imtahanı və müsahibə olmaqla iki mərhələdə keçiriləcəkdir.
Xidmətə qəbul olunmaq istəyən şəxslər 2013-cü il iyunun 15-dək iş günlərində saat 10-dan 17-dək Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 69C ünvanına ərizə ilə müraciət edə bilərlər.
Əlavə məlumat almaq üçün 590-96-50, 590-93-27 nömrəli telefonlarla Daxili İşlər Nazirliyinin Çevik Polis Alayına və Baş Kadrlar İdarəsinə müraciət etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]