“DÇ-2022”: Türkiyə millisi Niderlandla, Fransa yığması Ukraina ilə qarşılaşacaq
Bakı, 24 mart, AZƏRTAC
Bu gün futbol üzrə “DÇ-2022”nin Avropa zonası üzrə seçmə mərhələsində mübarizəyə start veriləcək.
AZƏRTAC xəbər verir ki, ilk turda A, D, E, G və H qruplarınada ümumilikdə 13 görüş baş tutacaq. Günün ilk matçı Türkiyə və Niderland yığmaları arasında olacaq. Atatürk Olimpiya Stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Digər oyunlar isə 23:45-də başlayacaq.
Azərbaycan millisinin yer aldığı A qrupunda 3 qarşılaşma oynanılacaq. Canni De Byazinin başçılıq etdiyi kollektiv İtaliyada Portuqaliya yığması ilə, Serbiya seçməsi evdə İrlandiya ilə üz-üzə gələcək.
Günün bütün görüşləri aşağıdakılardır:
A qrupu
Serbiya - İrlandiya.
D qrupu
E qrupu
G qrupu
Latviya - Monteneqro.
H qrupu
Sloveniya - Xorvatiya.
Qeyd edək ki, sabah seçmə mərhələdə daha 13 görüş gerçəkləşəcək.