“Dəmir Bank” ASC-nin daşınar əmlakının satışı üzrə açıq hərrac keçiriləcək
Bakı, 24 iyun, AZƏRTAC
İyulun 19-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında ləğv prosesində olan “Dəmir Bank” ASC-nin daşınar əmlakının satışı üzrə açıq hərrac keçiriləcək.
AZƏRTAC Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna (ADIF) istinadən xəbər verir ki, daşınar əmlak 10-AH-773 dövlət qeydiyyat nişanlı, “BMW 760 LI” minik markalı nəqliyyat vasitəsidir. Hərrac addımı ilkin satış qiymətinin 1 faizindən az olmamalıdır. Əmlak 4-cü dəfə təkrar hərraca 30 faiz endirimlə təqdim olunur. Hərracda iştirak etmək üçün ərizələrini geri götürmüş şəxslərin ödədiyi beh geri qaytarılır. Bu halda ödənilmiş iştirak haqqı hərracın keçirilməsinə ən geci 3 gün qalmış ərizələrini geri götürən şəxslərə qaytarılır.
Hərraclarda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri hərracın başlanmasına ən geci 5 gün qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:57]
Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb
- 29.09.2026 [17:48]
ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 29.09.2026 [17:35]
® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri
- 29.09.2026 [17:20]