DƏMİR YOLLARINDA KOMMUNİKASİYALARIN ETİBARLIĞI ARTIR
Azərbaycan Dövlət Dəmir Yolu İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, Şimal-Cənub, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi kimi iri layihələrin uğurla həyata keçirilməsi ölkəmizin polad magistrallarının, onların üzərindəki qurğu və kommunikasiyaların texniki vəziyyətinin yaxşılaşdırılmasından da bilavasitə asılıdır. Ona görə də son vaxtlar Naxçıvan çayı üzərindəki körpü, Yevlax-Balakən yolunun 56-cı kilometrindəki suötürücü Səbuhi–Şəki sahəsi təmir edilmiş, 148-ci kilometrində Talaçay üzərindəki körpünün hər iki tərəfində bəndlər bərkidilmiş, Zəyəm-Qovlar stansiyaları arasındakı sutənzimləyici qurğu bərpa edilmişdir.
Körpü tikinti qatarının maddi-texniki bazası möhkəmləndirilmiş, yol inşaatçıları müxtəlif texnika, nəqliyyat vasitələri ilə təmin olunmuşlar.
Kollektiv üzvlərinin orta aylıq əmək haqqı son bir ildə artaraq 480 min manata çatmışdır.